Təqdimat

“Teorem.az” mobil təhsil platformasından ilk olaraq Azercell abunəçiləri istifadə edə biləcəklər

Bu gün Azercell şirkətinin dəstəyi ilə TEOREM – Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib. Təqdimat mərasimində Teorem.az internet resursu və  eyniadlı mobil tətbiqlər təqdim edilib. Təqdimat mərasimində ölkənin təhsil və İKT ictimaiyyətinin nümayəndələri, dövlət və özəl sektorun təmsilçiləri iştirak ediblər.

TEOREM istər orta məktəb şagirdlərinin və  abituriyentlərin, istər magistraturaya hazırlaşan tələbələrin, istərsə də müəllimlərin faydalana biləcəyi onlayn platformadır.  Resurs imtahan hazırlıq prosesi, testetmə bacarıqlarının qazanılması və biliyin dəyərləndirilməsi istiqamətində unikal imkanlar təqdim edir.

TEOREM-in SMS ödəmə xidmətlərindən ilk növbədə Azercell abunəçilərinin istifadəsi mümkündür. Azercell Telekom TEOREM-dən daha effektiv və əlverişli şərtlərlə istifadə və platformanın mobil mühitə inteqrasiyası məslələrinə dəstək verib.Ölkənin lider mobil operatorunun bu layihədə iştirakının əsas məqsədi təhsilə, rəqamsal biznes mühitin inkişafına və yeni startapların yetişməsinə yardım etməkdir.

TEOREM-in Android və İOS əməliyyat sistemləri üçün mobil tətbqiləri hazırlanıb. Mobil istifadəçilər müvafiq internet mağazalardan və ya teorem.az saytındakı linklərdən istifadə edərək tətbiqləri öz mobil avadanlıqlarına ( mobil telefon, planşet, netbuk və s. ) yukləyə bilərlər. Platforma haqqında daha ətraflı məlumat www.teorem.az saytındadır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!