Bizim AşpazDünya MətbəxiLəzzətli BölümOxu zalıTanış OlaqTəqdimat

“Tahir Əmiraslanov 12×5 =?” kitabının təqdimat mərasimi keçirilib

Tədbirdə ictimai siyasi xadimlər, aşpazlar, KİV nümayəndələri iştirak edib.
Təqdimatda Dövlət Turizm Agentliyindən Səkinə xanım Əsgərova, millət vəkili Aydın Hüseynov, Azərbaycan Turizm və Menencment universitetinin rektoru İlham Mədətov, Türk Hava Yollarının Azərbaycan üzrə müdiri Seyfulla İlyas, Serbiya Kulinariya Assosiasiyasının yaradıcısı Corc Kostic, Aşıqlar birliyinin sədri Məhərrəm Qasımlı, əməkdar artist Suğra Bağırzadə, “Xidmət-İş” Hİ Federasiyasının vitse – prezidenti Xəyyam Nəsibov çıxış etdilər.
Həmçinin 2018-ci ildə yubileylərini qeyd edən bir neçə dostlarımız Yusif Ələkbərov, Li Anateli Barisoviç, Qüdrət Ağayev, Məhərrəm Qasımlı,Ceyran Əsgərova, Abbas Ələsgərov, Ağa Aşurov mükafatlandırıldı.

Kitabda Tahir Əmiraslanovla bağlı xatirələr təbriklər yer almışdır. Toplanan xatirələr 4 dildə (ingilis, rus, türk və azərbaycan dillərində) nəşr olunur. İngilis dilində olan xatirələr Azərbaycan dilinə tərcümə olunaraq, əlavə olunmuşdur. Əhalinin böyük əksəriyyəti üçün rus və türk dili aydın olduğu üçün olduğu kimi kitaba yerləşdirilmişdir.
Kitabı vərəqlədikcə bu suala bir neçə aspektdən cavab tapacaqsınız. Bəlkə Siz onu tanıyır və ya haqqında indiyədək heç bir şey eşitməməsiniz. O zaman, bu kitabla tanış olduqca onunla yenidən tanış olmaq, daxili aləminə səyahət etmək şansı qazanacaqsınız.
Məsələn, rus alimi Vladimir Lukiç Kurquzov onunla cəmi 2 dəfə görüşməyinə baxmayaraq, onun xarakterinin və fəaliyyətinin ən doğru analizini verməyi bacarmış insanlardan biridir.
Hamının tanıdığı məşhur bloqqer Stalik Xankişiyev isə Tahir müəllimlə dostluq əlaqələrini necə qurmasından, tanışlıq hekayələrindən, əməkdaşlıqlarından söz açıb…
Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrinin kulinariya assosiasiyalarının rəhbərlərinin yazıları ilə tanış olduqda, onun necə gözəl dost dost, peşəkar kulinar olması haqqında məlumatlar əldə edəcəksiniz…
Belarusiyalı gənc xanım Yuliya Mazanikin xatirələrini vərəqlədikcə, Tahir müəllimin ona Allahı, insanları sevməyi öyrədərək, həyatında olan hansı çətinliklərdən, xəstəliklərdən xilas olmasını öyrətdiyini görəcəksiniz…
20 ildən artıq onu tanımış, onun yanında çalışmış mərhum Gülnarə Axundovanın xatirəsi qəhrəmanımızın sözünün üstündə duran bir insan kimi tanıtdıracaq Sizə…
Aşpaz Ziya Şahbazov isə Türkmənistandakı konfransda Tahir Əmiraslanovun ermənilər üzərindəki mənəvi qələbəsi haqqında yazır.
Peşəkar jurnalist Rəhman Orxanın qələmi ilə Siz qəhrəmanımızın gənclik xatirələri ilə daha ətraflı tanış olacaq, ilk yarış təcrübəsini, qara qutudan çıxan sürpriz ərzağın necə məharətlə milli mətbəxə uyğunlaşdırılması ilə tanış olacaq və mərkəzin yaranma tarixinə nəzər salacaqsınız.
Onu özünün 22 illik müəllimi adlandırdığı AMKM-də direktor müavini vəzifəsində çalışan, Tahir müəllimin sağ əli Ceyran Əsgərova isə öz yazısında onu özünün kumiri, müdiri, müəllimi və s. kimi Sizə tanıdacaq.
Ən sevimli tələbələrindən olan Minarə Quliyeva Tahir müəllimlə birlikdə iştirak etdiyi Beynəlxalq konfranslarda, çempionatlarda rastlaşdığı hadisələri daha geniş qələmə alıb. Hətta bu yazıda qəhrəmanımızın daha bir mistik gücü ortaya çıxır. Şamanizm, sufizmlə məşğul olduğu üçün yuxuları da oxumağı bacarır. Daha ətraflı yazıda tanış olacaqsınız…
Nəriman Mövsümovun yazısını və ya İbrahim Əhmədovun “Sevgi mətbəxi” (“Kuxnya lyubvi”) kitabına Ön Sözü Tahir müəllimi Sizə həkim kimi tanıtdıracaq.
Tahir Əmiraslanov:
1. SSRİ Kulinariya Assosiasiyasının yaradıcısı və idarə heyəti təbliğat şöbəsinin rəhbəri oldu.
2. Yeni İnformatik Qida Nəzəriyyəsinin banisidir.
3. Dünyada ilk dəfə Mətbəx rəqslərinin metodikasını hazırlayıb. 2008-ci ildə ilk dəfə Mətbəx rəqslərini ABŞ-da Solt-Leyk Sitidə 72 ölkə qarşısına qoydu və dünya bunu qəbul etdi.
4. 2011-ci ildə Ulan-Udedə (RF) V Beynəlxalq Elmi-musiqi Konqresində ilk dəfə dünyada “Milli mətbəx və Milli musiqinin bağlılığı. Musiqinin insanın həzm qabiliyyətinə təsiri” adlı elmi məruzə ilə çıxış etdi. Beləliklə, ilk dəfə milli musiqinin və mətbəxin bağlılığını sübut etdi.
5. İlk dəfə Azərbaycan folklorunu və Milli mətbəx bağlılığıını ortaya qoydu.
6. İlk dəfə Azərbaycan mətbəxi ilə arxeoloji tapıntıları bağlamaqla Azərbaycanın Dünya mətbəxinin beşiyi olduğunu ortaya çıxardı. 2014-cü ildə İtaliyada Paestum şəhərində keçirilən elmi konfransda bunu açıqladı.
7. Azərbaycan mətbəxinin kompleks tədqiqatını (tarixi, arxeoloji, ədəbi, folklor, dil, tibb, din, fizika, kimya və s. birlikdə) ortaya çıxardı.
8. Ilk dəfə Azərbaycan mətbəxinin tərifini verdi.
9. Kulinariyanı ilk dəfə elm kimi göstərdi.
10. Kulinariya tariximizi ilk dəfə üzə çıxardı.
11. Dünyada ilk dəfə yeməyin psixo-fizioloji təsirini araşdırıb ortaya qoydu.
12. Dünyada ilk dəfə insan hisslərinin restoran biznesində istismarı haqqında və bu hisslər üzərində restoranların qurulması barədə bilgiləri ortaya qoydu.
13. Dünyada ilk dəfə psixoloji amillərin xörəyin dadına təsiri barədə danışdı.
14. Dünyada ilk dəfə Azərbaycanda bir çox elmi, folklor, ədəbi-fəlsəfi və digər ədəbiyyatı mətbəxin tədqiqatına gətirdi.
15. Dünyada ilk dəfə qədim kitablardakı xörəklərin düsturlarını restavrasiya etdi.
16. İlk dəfə Qarabağ mətbəxini topladı.
17. İlk dəfə İrəvan bölgə mətbəximizi topladı.
18. İlk dəfə Azərbaycan mətbəxinin bölgələr üzrə toplanmasının əsasını qoydu.
19. İlk dəfə 380-dən çox dolma düsturunu ortaya qoydu.
20. İlk dəfə Azərbaycan dilində mətbəx terminlərinin əmələ gəlmə qaydasını açıqladı.
21. İlk dəfə hər bir xörək haqqında “Mətbəx dastanları”-nı yaratdı.
22. Azərbaycanda ilk peşəkar dövlət və qeyri-hökümət Kulinariya təşkilatlarını yaratdı.
23. Azərbaycanı xaricdə peşəkarcasına, ən yüksək qurumlarda, ən yüksək vəzifələrdə ilk dəfə o təmsil etdi.
24. Dini kitablarda verilmiş qida ilə bağlı məsələlərə tam yeni elmi izahat vermiş bir sıra ayələri açıqlamış ilk alimimizdir.
25. Azərbaycanda mətbəxlə bağlı ilk peşəkar filmlərin ssenarisini yazdı və çəkilişini təmin etdi.
26. Milli mətbəximiz barədə xarici ölkələrdə, Universitetlərdə və elmi konfranslarda mühazirə oxuyan ilk mütəxəssisimiz oldu.
27. Azərbaycanın kulinariya üzrə ilk peşəkar elmi-populyar jurnalı olan “Kulina”-nı yaratdı.
28. İlk dəfə əsaslı, elmi surətdə, Mətbəx və sevgini, cinsəl həyatın bir-biri ilə bağladı, mətbəxin insanın reproduktiv xüsusiyyətinə təsirinə fəlsəfi, tarixi, dini, texnoloji və tibbi aspektini birgə açıqladı.
29. Azərbaycandan və Türk Dünyasından Mətbəx mədəniyyətində erməni plagiatına qarşı duran, erməni müddəalarını elmi şəkildə, tarixi, dilçilik, texnoloji və s. tərəflərdən dağıtmış ilk və yeganə mütəxəssisdir. Dünyada erməni mətbəx təbliğatına qarşı durub qalib gəlmiş ilk mütəxəssisimizdir.
30. Azərbaycanda ilk mətbəx festivallarına start verən, ilk Beynəlxalq Milli mətbəx festivallarını ortaya qoyan, festival hərəkatını yaradan mütəxəssisdir.
31. Kulinariya sahəsində yazdığı 30-dan çox kitab və yüzlərlə məqalələrdə, ilk mütəxəssisdir ki, təkcə düsturlar (nüsxə, resept) yazmır, hər bir xörək düsturundan çıxış edərək çox böyük elmi məsələlərə işıq salır.
32. Qədim tarixi mətbəx kitablarımızı axtarıb tapan, onları Azərbaycana gətirən, tədqiqatlara cəlb edən, tərcümə və bərpa edib özümüzə qaytaran ilk mütəxəssisdir.
33. Kulinariyanın elm olduğunu ardıcıl olaraq isbatlayan, bu elmi formalaşdıran MEA səviyyəsinə qaldıran ilk mütəxəssisimizdir.
34. Ölkəmizdə ilk dəfə kulinariya üzrə konfranslar keçirib və müxtəlif tipli sahə konfranslarının keçirilməsinin əsasını qoydu.
35. İlk dəfə Qobustandan bezoar, keçi rəsmlərinin ətin kulinar istiqamətləri üzrə bölgüsü olduğunu və 12 min il öncə Azərbaycanda Kulinariya məktəbinin olduğunu dünyaya isbatladı.
36. Dədə Qorqudda araq sözünün olduğunu, distillə yolu ilə alındığını göstərdi və Qəbələ muzeyində VII-VIII əsrə aid gildən distillə aparatı ilə birlikdə Azərbaycanda distillə yolu ilə spirtli içki alınmasının ən qədim olduğunu isbatladı.
37. İlk dəfə peşəkar leksikona Azərbaycan türkcəsinə aid terminləri qaytardı, bərpa elədi : çeşni (menyu), nüxsə, düstur (resept), açar (başlanğıc, start yeməyi), çimyağ (fritür), süfrəçi (ofisiant) və s. terminləri yenidən dilimizə gətirdi.
38. Xörək adlarının etimologiyasını izah etdi.
39. İlk dəfə Azərbaycanda ən yüksək tələblərə cavab verən uşaq və məktəbli yeməkxanası yaratdı (MTK).
40. Şəkidən tapılmış 3700 yaşı olan samovarla bağlı unikal tədqiqatları dünyaya çatdırdı, samovarda bişirilən şorbaları bərpa elədi.
41. İlk dəfə çayxananın ölkəmizdə 100-200 deyil ən azı min ildən çox yaşı olduğunu isbat etdi.
42. Azərbaycan mətbəxinin ölkəmizdə məşhurlaşmasında misilsiz zəhmət göstərdi.
43. İlk şəxsdir ki, xarici ölkələrdə Azərbaycan mətbəxini gündəmə gətirib və sevdirib.
44. İlk Milli Kulinariya komandalarını yaradıb və dünyaya çıxarıb və buna davam edir.
45. Yeganə mütəxəssisdir ki, onun tədqiqatlarına müraciət etmədən Kulinariya sahəsində heç bir ciddi araşdırma mümkün deyil.
46. Tələbələri, yetirmələri dünyanın hər yerində, ölkəmizdə ən yüksək məqamdadırlar.
47. Azərbaycan Milli mətbəx qanununun təşəbbüskarıdır. Mədəniyyət Qanununa Milli mətbəx irsimizi qoruyan 37-ci maddənin salınmasına nail olub.
48. Azərbaycanda ilk dəfə Milli mətbəxin patentləşdirilməsinin əsasını qoyub. İlk dəfə Milli xörəklərin patentləşdirilməsinə nail olub. Azərbaycanda yeni yaradılan xörəklərin patent praktikasını həyata keçirir.
49. İlk dəfə Milli mətbəxin toplanması, tədqiqatı, təbliği və tətbiqi məsələlərini qaldırıb.
50. İlk dəfə Azərbaycanda Milli mətbəx muzeyinin yaradılmasını gündəmə gətirib.
51. Yeganə şəxsdir ki, 27 il ərzində Ermənistanın dünyanın heç bir Kulinariya Çempionatlarında, Olimpiadalarında, Konfrans və Konqreslərində iştirak etməsinə imkan verməyib.
52. Azərbaycanda ilk etno restoran yaradıb.
53. İlk şəxsdir ki, Milli Mətbəxin modernizasiyasını həyata keçirib və keçirir.
54. İlk dəfə xörəklərin (paxlava, şəkərbura, halva, şah-plov, quymaq və s.) sakral mənalarını araşdırıb, ilk dəfə xörəklərin sakrallaşdığından danışdı.
55. Məhz ilk dəfə o, mətbəximizə tarix verib, onu tam şəkildə ortaya çıxartdı, bütövlük verdi.
56. Lavaşın, dolmanın UNECKO səviyyəsinə qaldırılmasının qəbul edilməsinin səbəbkarı, təşəbbüskarı oldu.
57. Azərbaycanda ilk dəfə restoranların aşpazlardan deyil, standartlaşmış düsturlarla, texnoloji kartlarla və s. sistemdən asılı olmasının vacibliyini söylədi və sübut etdi.
58. Malayziya, Rusiya, Avstriya, Ukrayna, İsrail, Qırğızıstan, Türkiyə, Özbəkistan, İtaliya, Serbiya, Gürcüstan və s. ölkələrin Universitetlərində, Beynəlxalq konfranslarda və s. məruzələrlə çıxış etməyə dəvət edilən ilk Azərbaycanlı kulinardır.
59. Hər bir ölkə özünün, hər kulinariya tədbirində görmək arzusunda olduğu yeganə azərbaycanlı kulinar mütəxəssisdir.
60. Beynəlxalq Kulinariya gününün bayram edilməsi təşəbbüsü ilə çıxış edib və 2004-cü ildə Dünya Kulinariya Konqresi bu təklifi qəbul edib. Hazırda 115-dən çox ölkədə 20 oktyabr Kulinariya günü bayram edilir.
61. Azərbaycan Milli mətbəxinin məşhurlaşdırılmasının əsas səbəbkarıdır və müstəsna rolu danılmazdır.
62. Ədəbiyyatda, fəlsəfədə yeni bir baxış, dünyaya mətbəxdən baxışı formalaşdırır.
63. İlk kulinar mütəxəssisdir ki, Azərbaycan ordusunun qidalanması ilə bağlı işlər görmüş, hərbi məktəblərdə, hərbi hissədə mühazirələr oxumuş, Azərbaycanın ilk hərbi aşpazlar komandasını yaratmış, Beynəlxalq Çempionatda ilk hərbi kulinariya komandamızın qələbəsini təmin etmişdir.
64. Azərbaycan və Dünya kulinariya elminə, Kulinariya mədəniyyətinə və təcrübəsinə verdiyi tövhələrə görə dünyanın ən yüksək mükafatlarına layiq görülmüşdür.
65. Ölkəmizdə ilk dəfə Kulinariya sahəsində tədqiqat kompleksinin, elmi-tədqiqat institutunun yaradılması məsələsinin qaldırıb.
66. Azərbaycanda ilk dəfə Kulinariya üzrə təhsil kompleksinin Kulinariya Akademiyasının yaradılması məsələsini gündəmə gətirib.
67. Dünya İslam Kulinariya Birliyinin yaradılmasının ilk təşəbbüskarı, yaradıcılarından biri və bu təşkilatın ilk Vitse-Prezidenti oldu. Dünyada ilk dəfə 2009-cu ildə Bakıda Beynəlxalq İslam mətbəxi Kulinariya festivalını keçirdi.
68. İlk dəfə Dünya Türk xalqlarının mətbəx mədəniyyəti Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürdü və bu təşkilatın 3 təsisçisindən biri oldu.
69. İlk dəfə “Dünya ipək yolu ölkələrinin Kulinariya təşkilatı”nın yaradılması ideyası ilə çıxış edib və bunun üzərində işləyirr.
70. Kulinariya sahəsində xaricdə mütəmadi çap edilən yeganə mütəxəssisimizdir.
71. Azərbaycanın ilk Kulinariya Ensiklopediyasını hazırlayıb.
72. Elmi əsaslarla bədii yaradıcılığı birləşdirən ilk kulinarımızdır.
73. “Əməkdar mədəniyyət işçisi” adını alan ilk iki kulinardan biridir.
74. Ölkəmizdə “Şöhrət ordeni” ilə təltif edilmiş ilk kulinardır.
75. Turizm bələdçilərinə ilk dəfə Azərbaycan mətbəxinin təqdimatı qaydalarını hazırlayıb və dərslər keçib.
76. Diplomatlara milli mətbəx irsini təqdim edib.
77. Ilk dəfə xarici ölkələrin tədris sistemlərində Azərbaycan mətbəxini yerləşdirib.
78. Azərbaycanda ilk dəfə kitabları xarici ölkələrin tədris müəssisələrində istifadə edilən mütəxəssis olub.
79. Azərbaycanda ilk dəfə Azərbaycan poçt markalarının buraxılmasına təşəbbüs göstərib. Hazirda 26 Azərbaycan markası buraxılıb.
80. Azərbaycan dolma və piti markalarının Ümumdünya Kulinariya Təşkilatı Birliyinin (ÜKTB) Prezidenti (Tomas Quqler) tərəfindən imzalanması mərasimini keçirib. Bu ümumiyyətlə, ÜKTB-nin 90 illik tarixi ərzində ÜKTB prezidenti ilə imzalanma mərasimi keçirilən ilk hadisədir.
81. Azərbaycanın 2018-ci ildə buraxılan 4 milli mətbəx markası (Arzuman küftəsi, Xaş, Şah plov, Alana) dəstinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları və I vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən imzalanmasına nail olub.
82. Ermənistanı 28 il ərzində Kulinariya sahəsindəki dünya proseslərindən (çempionatlar, olimpiadalar, konqresslər, konfranslar və s.) təcrid edə bilmiş ilk və yeganə mütəxəssisdir.
83. Erməni plagiatına qarşı dura bilmiş ilk və yeganə mütəxəssisdir.
84. Dünyada ilk dəfə qidanın psixofizioloji təsirini araşdırıb və təcrübədən keçirib.
85. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan ilk kulinar mütəxəssisdir.
86. İlk dəfə Turizm bələdçiləri üçün Milli mətbəxin təqdimatı üçün ilk dəfə mühazirələr oxuyub.
87. İlk dəfə müasir Azərbaycan ordusunun qidalanması məsələləri ilə məşğul olmuş, bu sahədə təşəbbüs göstərmiş mülki mütəxəssisdir.
88. Dünyada ilk kulinardır ki, adı ulduza verilib. Beynəlxalq Ulduz “Kosmos-Yer” katoloqunda 601500015206 qeydiyyat nömrəsinə görə Balıq bürcündəki koordinatları göstərilən ulduza Tahir İdris oğlu Əmiraslanovun adı verilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!