Tez zamanda hazırlayacağınız pizza reseptləri

Pizzanı demək olar ki, sevməyən yoxdur. Sifariş vermək üçün ağıla gələn ilk yemək pizza olur.

Sizə ev şəraitində tez hazırlanan pizza reseptlərini təqdim edirik.

Resept 1.

Tərkibi

1 yumurta
yarım stəkan duru yağ
3 stəkan un
çay qaşığı ucunda droj
bir çimdik duz
su gözəyarı

Hazırlanması
Yuxarıdakı ərzaqları tökürük qaba və yaxşıca xəmir yoğururuq. 1 saat acımasını gözləyirik. Sonra xəmirin üzərinə zövqə görə ərzaqlar düzülür. 180-200 dərəcədə bişirilir. Nuş olsun!

Resept 2.
Bu reseptlə hazırladığınız xəmir yum yumşaq olacaq.

0.5 stəkan ilıq süd
0.5 stəkan ilıq su
0.5 stəkan duru yağ
1 çay qaşığı droj
1 çay qaşığı şəkər tozu
4 stəkan un

Bu da həmçinin 1- ci resept kimi hazırlanır və 180-200 dərəcədə bişirilir. Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: