“The Salty Sea Dog”( Dəniz suyu içən it) filmi mükafata layiq görülüb

Los- Anjelesdə Azərbaycanın Baş Konsulu cənab Nəsimi Ağayev ” The Salty Sea Dog” qısametrajlı filminin DaVinci International Film Festival -da layiq görüldüyü Vitruvian Award mükafatını qəbul etmişdir.

” The Salty Sea Dog”( Dəniz suyu içən it) filmi Narimanfilm kinostudiyasında 2017-ci ildə istehsal olunmuşdur.

Filmin süjetini tənhalıq və xəyanətdan bəhs edən klassik qadın hekayəsi təşkil edir.

Filmin prodüseri Nəriman Məmmədov, rejissoru Murad Abıyev, ssenari müəllifi Lalə Əliyeva-Kliçkova, quruluşçu- operatoru Kirill Gerra, quruluşçu-rəssam Aydın Bağırov, istehsalat müdiri Rüstəm Şəfiyev, icraçı prodüserlər Emin Quliyev, Lalə Əliyeva-Kliçkovadır.

‌Film, 2018 Calcutta İnternational Cult Film Festival-da Qadınlar haqqında film kateqoriyasında son üçlük sırasına daxil olub. Kazanda keçirilən Zilant Kino festivalında ən yaxşı rejissor işi mükafatını qazanıb. 2018 ildə ən yaxşı qısametrajlı bədii film adını qazanaraq Azərbaycan Milli Kinoakademiyasının Qızıl Pəri mükafatına layiq görülüb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: