PR-TanıtımTəhsilTəqdimat

Azərbaycanda ilk dəfə 5 yaşlı uşaqlar arasında “Mega-Beyin Tiamo 2018 Olimpiadası” keçirilib

İyunun 20-də Sumqayıtda Heydər Əliyev Mərkəzində “Tiamo Kids Dahi Uşaqlar Mərkəzi” uşaqlar arasında  “Cümhuriyyətimizin 100 illiyi” və “Qurtuluş Günü”nə həsr olunmuş olimpiada təşkil edilmişdir.

Azərbaycanda ilk dəfə olaraq Məktəbəqədər hazırlıq kurslarında Mental Aritmetik proqramını keçən 5 yaşlı uşaqlarla “Mega-Beyin Tiamo 2018 Olimpiadası”keçirilib.  Tədbiri Giriş sözü ilə açan “Tiamo Kids” Dahi Uşaqlar Mərkəzinin rəhbəri İradə Xəlilova iştirakçılara  tədris müəssisəsi, ötən dövr ərzində görülən işlər və  əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verib.

Olimpiada 5 yaşlı uşaqlar 20 dairəsində olan 90 misaldan ibarət testləri  3-5 dəqiqə ərzində  düz cavablandırdılar. Bundan başqa “Onlayn” proqramda 0,3-0,4 saniyə aralıqlarla gələn 20 sayda rəqəmləri uşaqlar  məharətlə hesablayırdılar. Bu yaşda olan  uşaqların çox sürətlə apardıqları bu hesablamalar onların beyinlərinin nə qədər aktiv olmasını sübut etdi. Mərkəzin rəhbəri  İ.Xəlilova qeyd etdi ki,  bu proqramın əsas məqsədi sürətli hesablama deyil, əsas məqsəd uşaqlarda beyin yarımkürələrini paralel işlədərək, onlarda güclü yaddaş, məntiqi təfəkkür, qavrama, dərketmə və anlama kimi bacarıqların inkişaf etdirilməsidir. Olimpiadanı keçirməkdə əsas məqsəd bu bacarıqları inkişaf etmiş azyaşlı uşaqların üzə çıxarılmasıdır.

Azərbaycanda ilk dəfə olaraq heyvan səsləri ilə hesablamanın da daxil edildiyi olimpiada 5 mərhələdən ibarət olaraq keçirilib. Heyvan səsləri ilə hesablama üsulu isə əksər uşaqlarda müşahidə olunan  analiz və sintez etmə bacarıqlarının inkişaf etdirməkdir.

Qeyd edək ki, “Tiamo Kids Dahi Uşaqlar Mərkəzi”ndə proqramlar və tədris sisteminə Məktəbəqədər hazırlıq (6 fənn tədris olunur: Riyaziyyat, Ana dili,  Həyat bilgisi, Məntiq, İngilis dili ilə yanaşı Mental Aritmetik), 3 dildə  Mini bağça (azərbaycan, rus və ingilis), Məntiq, Fənn hazırlığı, Dərsdən sonra fənn hazırlıqları: “Hər gün 4 saat bizimlə” (həftə içi 5 gün 20 saat),Yaddaş texnikası, Sürətli oxu, MathPlus(əyləncəli riyaziyyat), Xarici dillər, Rəqs, Rəsm, Gimnastika, Psixoloq və Logoped dərsləri daxildir.

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!