AirnewsSəyahətTurizmTəqdimat

AZAL-ın saytında Bakı-Tivat reyslərinə aviabiletlər satışa buraxılmışdır

Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

“Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən “Pasha Travel” şirkəti ilə çarter proqramı  çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Tivat — Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il bura çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf etmişdir, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsilə AZAL-ın çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!