“Tom Ford”dan xüsusi Festival güzəştləri

Paytaxtımızda dünyaсa məşhur olan brendi təmsil edən “Tom Ford” men“Tom Ford” women mağazalarında olan Festival fürsətlərini qaçırmayın! Bakı Şopinq Festivalının iştirakçısı olan “Tom Ford” mağazalarında may ayının 10-dək yüksək keyfiyyətli malları aşağı qiymətə ala bilərsiniz.

Bakı şəhərinin mərkəzində – Səbayel rayonu, Neftçilər prospekti, 103 ünvanında yerləşən “Tom Ford” men və Əziz Əliyev küçəsi, 1B ünvanında yerləşən “Tom Ford” women mağazalarında təkliflər daha sərfəli oldu. Turistlər və Bakı sakinləri “Tom Ford” mağazalarında nəzərə çarpacaq qədər qənaət edə bilərlər. Belə ki, “Tom Ford” mağazaları seçilmiş mallarına Festivalın sonuna qədər 30%-dək güzəştlər edir. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər. Xatırladaq ki, bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə  dəvət edir. Bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu “Tom Ford” mağazalarında alış-veriş etməyə tələsin!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcəklər. Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: