“Toyota Bakı Mərkəzi” media nümayəndələri üçün press-tur təşkil edib

Ötən həftə  “Toyota Bakı Mərkəzi” media nümayəndələri üçün press-tur təşkil edib.

Frame.az xəbər verir ki, press-turda məqsəd Azərbaycana yeni gətirilmiş “Toyota Camry” ilə yaxından tanış olmaq, həmçinin “Toyota Bakı Mərkəzi”-nin fəaliyyəti ilə bağlı məlumatlandırmaq olub.

“Toyota Bakı Mərkəzi”nin PR meneceri Eldəniz Cəfərov jurnalistlərə məlumat verib ki, yeni, səkkizinci nəsil “Camry” bütün gözləntiləri doğruldub: “Yeni “Camry” əvvəlki modellərə nisbətən daha geniş və aerodinamikdir. Camry-nin ağırlıq mərkəzini aşağı salmaq üçün həm döşəmə, həm də oturacaqlar endirilmişdir. Salonun interyeri olduqca zərif, dəbli və rahatdır.  Avtomobilin həm interyerində, həm də eksteryerində bir çox dəyişikliklər edilib. Bunlara yeni radiator barmaqlığını, faraları, yenilənmiş kapot və digərlərini misal göstərmək olar. Bundan əlavə, avtomobil bir qədər alçaq, təklərin forması daha geniş olması onu daha da mükəmməl və dinamik göstərir. Avtomobilin eni 1830, təkər bazasının uzunluğu isə 2820 millimetrdir.”.

E.Cəfərov bildirib ki, həmişə olduğu kimi “Toyota” sürücü və sərnişinlərin təhlükəsizliyi maksumum dərəcədə nəzərə alıb. Belə ki, yeni “Camry” 10 təhlükəsizlik yastlğı ilə təhciz olunub. Bu da öz növbəsində “Toyota”nın daima yenilənmək,yaxşılaşmaq konsepsiyasından irəli gəlir. Hazırda Toyota Camry Azərbaycanda rəsmi diler Toyota Bakı Mərkəzi tərəfindən 2.5 L və 3.5 L həcmli mühərriklə satılır.

Daha sonra jurnalistlər “Toyota Bakı Mərkəzi”-nin iş fəaliyyəti ilə yaxınddan tanış olublar. Məlumat verilib ki, burada müştərinin rahatlığı üçün hər bir şərait yaradılıb. Müştəri öz avtomobilini servisə təhvil verdikdən sonra onlar üçün ayrıca gözləmə otağı hazırlanıb ki, həmin müştərilər gözləmə otağından öz avtomobillərinin təmir prosesini izləyə bilərlər. Bundan başqa müştərilə xüsusi geyimlə servis mərkəzinə də daxil olub bu prosesi izləyə bilərlər. Müştərilər üçün ayrılmış xüsusi otaqda təklifləri, şikayətləri qəbul edəcək məsul şəxsin adı,soyad və telefon nömrəsi varki,hər bir müştəri onunla rahat şəkildə əlaqə yarada bilər.

Məlumat üçün bildirək ki, Toyota modelləri dünyada ən çox satılan avtomobillərdir. Son statisk məlumata görə, Toyota dünyada ən güclü 10 avtomobildən biridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: