“AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır. Şirkət daim daxili turizmlə bağlı yeni yeni istiqamətlərdə müxtəlif turlar  təşkil edir.  “AtaTravel”  MMC-nin  baş  direktoru Vüsal Əliyev bildirir ki,  insanın peşəkar  fəaliyyətinin uğurlu olmasında  yüksək səviyyədə təşkil edilmiş istirahət böyükəhəmiyyət daşıyır.  Bu nöqteyi  nəzərdən  daxili  turizmin insanın həyatında oynadığı  rolun  daha ətraflı araşdırılması məqsədilə  “AtaTravel”  MMC     “Daxili  turizm” mövzusunda  yazı müsabiqəsini elan  edir. Biz  daxili turizm sahəsində  təcrübəyə malik  olangəncləri   yazı  müsabiqəsində   iştirak etməyə  dəvət edirik.

Müsabiqənin şərtlərinə  görə AtaTravel  MMC tərəfindən keçirilən  “Daxili  turizm” mövzusunda müsabiqədə iştirak etmək  başlığı ilə  işıqlanan məqalənin linkini info@atatravel.aze-mail ünvanına  göndərə bilərlər.

Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlər göstərir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: