“Tuflinlər” kitabının uşaqlar üçün xüsusi təqdimatı keçirilib-fotolar

“Cığır” İctimai Birliyi və “Parlaq İmzalar” Nəşriyyatı “Düşünərək yaşayaq” devizi altında bir araya gələrək,”Cığır” İctimai Birliyinin təşkilatçılığı ilə yazıçı Amin Sükutun uşaq və böyüklərin eyni dərəcədə sevərək oxuduğu “Tuflinlər” kitabının İctimai Birliyin himayəsində olan uşaqlar üçün xüsusi təqdimatını keçiriblər.

Tədbirdə uşaqların müəllifə imzaladaraq əldə etdikləri kitab onlar üçün sözün əsl mənasında özəl bir hədiyyə olmuşdur.

Eyni zamanda “Tuflinlər” povesti “Cığır” İB-nin ikinci “Oxu” layihəsinin müsabiqə kitabı seçilib. Bir ay sonra uşaqlar arasında “Tuflinlər” kitabı əsasında müsabiqə keçiriləcək və qaliblər müəyyənləşdiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: