“Öz uğurunu paylaş” layihəsinin ilk görüşü keçirilib

Medina Gallery “Öz uğurunu paylaş” adlı layihəyə start verib.

Layihənin məqsədi özünə inam hissinin artırılması, inkişaf istiqamətləri üzrə tövsiyyələrin alınması və məqsədə çatmaq üçün motivasiya əldə etməkdir. Bu qəbildən öz biznesini qurmuş, uğur əldə etmiş təcrübəli insanlar layihəyə dəvət olunacaqlar.

Layihə çərçivəsində ilk görüş TULİP Accessories-in təsisçiləri Gunay Vahidli və Telli İsrafilbəyli ilə keçirilib.

Onlar qonaqlar ilə tanış olub, öz uğur hekayələrini paylaşıblar.

Tədbirdə çıxış edən G.Vahidli və T.İsrafilbəyli bacıları şəxsi biznesin qurulması haqqındakı fikirlərini qonaqlar ilə bölüşüblər.

TULİP-in necə yaranması barədə məlumat veriblər. Bildiriblər ki, TULİP 2016-cı ilin dekabr ayından fəaliyyət göstərir. Bu günə qədər bir neçə sərgi və festivallarda iştirak edib: Mercedes Benz Fashion Week Baku”, “Food Festival” və.s

Həmçinin bu sahədəki gələcək planlarını da tədbir iştirakçıları ilə paylaşıblar. Əl işlərinin hazırlanmasına maraq göstərənlər üçün isə master-klass təşkil edəcəklərini vurğulayıblar. Aksesuarlar əl işidir. Adətən təbii daşlardan hazırlanır. Satışı sosial şəbəkə üzərindən və bəzi mağazalarda həyata keçirilir.

Görüş qonaqların suallarının cavablandırılması ilə davam edib. Sonda əl işlərinə baxış keçirilib.

Tədbirin informasiya dəstəyi Frame.az  

Elevation partners club azerbaijan

https://www.facebook.com/groups/221946351985955/

Gülnaz Vaqif

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: