IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Tovuz şəhərində yeni avtomobil tuneli inşa edilir

Vətəndaşların təhlükəsizliyini qorumaq, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq bu çərçivədə müxtəlif layihələr icra olunur.
Belə ki, ölkə başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən agentliyin sifarişi əsasında işlər icra olunur.
Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası davam etdirilir. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.
Hazırda tikinti ərazisində torpaq işləri davam etdirilir, yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur. Ərazidə artıq 154 svay vurulub və yeni inşa edilən tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarıısnda isə müvafiq olaraq işlər davam etdirilir.
Qeyd edək ki, əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçıların rahat və təhlükəsizliyini təmin etmirdi. Köhnə tuneldən yalnız minik maşınları istifadə edə bilirdi, piyadalar üçün səkilər mövcud deyildi. Bu üzdən piyadalar dəmir yolu xətlərinin üzərindən keçməyə məcbur edilər. Bu isə ərazidə təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq burdan bütün avtonəqliyyat vasitələri istifadə edə biləcək. Yeni inşa ediləcək piyada səkiləri vasitəsi ilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən öz yollarına davam edə biləcəklər.
Avtomobil tuneli “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!