Tur proqram müsabiqəsinin qalibləri mükafatlandırıldı

“AtaTravel” MMC 11 oktyabr tarixində elan etdiyi tur proqram müsabiqəsinin qalibləri ilə görüş keçirdi. Görüşdə “AtaTravel” MMC-nin tur operatoru Rəvan Əhmədov bildirdi ki, tələbələr müsabiqədə aktiv olublar və maraqlı tur proqramlar təqdim ediblər. R.Əhmədovun sözlərinə görə, müsabiqədə bu cür aktiv iştirak gələcəkdə turizm ixtisası üzrə təhsil alan həmin tələbələrin daxili turizm üzrə fəaliyyətinə, bu sahədə bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcək.

Tədbirdə turizm ixtisası üzrə təhsil alan Rəşid Əliyev və Aynurə Budaqova Azərbaycanın turizm bölgələri, həmin regiona aid əlamətdar turizm nöqtələri və marşrutları daxil edilmiş əsaslandırılmış tur proqram təqdim etdiklərinə görə qalib elan edildilər.

Şirkətin tur operatoru Rəvan Əhmədov qaliblərə sertifikat və hədiyyələr təqdim etdi.

Qeyd edək ki, müsabiqə turizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilib.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər göstərir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: