SəyahətTurizmTəqdimatƏn Son

Turizm Günü çərçivəsində yeni maarifləndirici sayt istifadəyə verilib

Azərbaycan Turizm Bürosu 27 sentyabr – Dünya Turizm Günü ilə əlaqədar hazırlanmış yeni saytını istifadəyə verib.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, Azərbaycanda turistlərin daha rahat istirahəti və səyahəti üçün müvafiq davranış qaydalarını əhatə edən http://turizmeqosul.az saytı sosial mediada rəqəmsal bannerlər vasitəsilə təbliğ olunacaq.

Sosial media istifadəçiləri rəqəmsal bannerlər vasitəsilə sayta keçid edəcək və burada nümayiş olunacaq beş mühüm davranış qaydası ilə tanış olacaqlar.

Bu qaydalar sırasında gülümsəmək, ehtiyac yarandıqda yardım etmək, ətrafı zibilləməmək, müxtəlif mədəniyyətlərə tolerant olmaq və milli, cinsi və digər göstəricilərindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmaq kimi mühüm qaydalar illüstrasiyalar şəklində çatdırılacaq.

Layihənin məqsədi yerli insanların turistlərlə münasibətlərinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi, bununla da turistlərin ölkəmizdən məmnun olma səviyyəsinin daha da artırılmasına nail olmaqdır.

Layihə BMT-nin Dünya Turizm Təşkilatının 2019-cu il üçün seçdiyi “Turizm və işlər: hər kəs üçün parlaq gələcək” mövzusu əsas götürülərək ərsəyə gətirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!