Azərbaycanlı ekspert xarici şirkətdə yüksək vəzifəyə təyin edildi

Azərbaycanın turizm və hotelçilik üzrə tanınmış ekspertlərindən olan İlkin Rüstəmov dünyanın qabaqcıl hotel şəbəkələrindən olan “Serena Hotels Group”da vəzifəyə təyin edilib.

Frame.az xəbər verir ki, bu qrup öz idarəçiliyində dünya üzrə 40-dan artıq lüks sinfinə daxil olan hotellər şəbəkəsini birləşdirir.

İlkin Rüstəmov “Serena Hotels Group”un Tacikistanın paytaxtı Düşənbə şəhərində yerləşən və bu ölkənin ən prestijli hotel-turizm kompleksi olan “Serena Hotel Dushanbe”nin satış və marketinq departamentinin direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, İlkin Rüstəmov bundan öncə Azərbaycanda “Fairmont Hotels”, “Rixos Hotels”, “Absheron Hotel Group and PMD Hospitality Group”da satış və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, çoxsaylı beynəlxalq turizm sərgilərinin iştirakçısı olub və ölkəmizin turizm potensialının tanıdılması üzrə fəal turizm peşəkarlarından biridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: