Turizmçilərə təşəkkürnamələr təqdim edilib

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı qələbə çaldığı Vətən müharibəsində turizm sənayesinin nümayəndələri yüksək sosial məsuliyyət və nümunəvi vətəndaş mövqeyi sərgiləyərək mütəmadi olaraq cəbhəboyu ərazilərdə əsgər və zabitlərimizə qələbə ruhu verən mənəvi dəstək və yardım kampaniyalarında fəal iştirak ediblər.

Frame.az xəbər verir ki, bunları nəzərə alaraq Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən bir sıra turizm agentliklərinin nümayəndələri təşəkkürnamə ilə təltif edilib.

Təltif olunanlar arasında Ayxan Əlləzli, Aidə Əliyeva, Svetlana Hüseynova, Fərahim Əliyev, Kənan Hənifəyev, Rəhim Qədirov, Rəhman Quliyev, Ramazan Məmmədzadə, Elnur Mahmudzadə, Pərviz Musayev, Röya Bağırova, İbad Bağırov, Azər Hüseynov və Cəmilə Əliyeva yer alıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: