Mobil dünyaSəyahətTəqdimat

“Türk Hava Yolları” 2017-ci ilin nəticələrini açıqlayıb

.“Türk Hava Yolları” aviaşirkəti uğurla başa vurduğu 2017-ci ilin nəticələrini açıqlayıb. Ötən il şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki illə müqayisədə 9,3% artaraq 68,6 milyona çatıb. 2017-ci ildə reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1% təşkil edib. Ötən ilin dekabr ayında isə aiareyslərin yüklənmə səviyyəsi şirkətin tarixində ilk dəfə olaraq rekorda çatıb – 79,5%.

Hələ 2017-ci ilin yanvarında “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycı bildirmişdir: “Güman edirik ki, 2017-ci ildə əvvəlki ilə nisbətən daha yaxşı nəticələrə nail olacağıq. İllik planı hazırlayarkən biz Türkiyədəki vəziyyəti, aviasiya və turizm sahələrinin aktual tendensiyalarını əsaslı surətdə tədqiq etmişik. Əminəm ki, 2017-ci ili uğurla başa vuracağıq və “Türk Hava Yolları” bir qədər də güclü olacaq, brendin dəyərini və bazar payını artıra biləcək”.

2017-ci ilin dekabr ayının yekunları:

Reyslərin yüklənmə səviyyəsi 5,1 faiz bəndi artaraq 79,7%-ə çatıb, kreslo-kilometrlərin sayı 8,9% artıb. Beynəlxalq aviareyslərdəyüklənmə səviyyəsi 5 faiz bəndi artıb və 79,2% təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdəyüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb.

İyulda başlayan tələbatın ikirəqəmli artımı dekabrda 16,3%-lik artım ilə davam edib.

Daşınan sərnişinlərin ümumi sayı 21,4% artaraq 5,5 milyona bərabər olub. 2016-cı ilin dekabr ayı ilə müqayisədə sərnişindaşımanın həcmi və tələbat 17% artıb.

Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 39% artlb (tranzit sərnişinlər istisna olmaqla).

Dekabr ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 18,4% artıb. Artım əsasən Yaxın Şərq (28,7%) və Avropanın (24%) hesabına baş verib.

Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Yaxın Şərq, Şimali Amerika və Afrika müvafiq olaraq 7,1 faiz bəndi, 6,8 faiz bəndi və 5,6 faiz bəndi artıb.

 2017-ci ilin yekunları:

Yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 7,9% və 9,3% artıb. Daşınan sərnişinlərin ümumi sayı 68,6 milyona çatıb.

Hesabat ilində reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1%-ə çatıb, beynəlxalq reyslər üzrə bu göstərici 5 faiz bəndi artıb və 78,4% təşkil edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!