AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimatƏn Son

“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib

Dünyanın ən çox nöqtəsinə uçuşlar həyata keçirən “Türk Hava Yolları” Bakı çıxışlı bəzi Avropa şəhərləri istiqamətində endirim kampaniyasına başlayıb.

17-30 sentyabr aralığında davam edəcək kampaniya çərçivəsində THY sərnişinləri Paris, Cenevrə, Roma, Edinburq şəhərlərinə endirimli qiymətlərlə səyahət edə bilərlər. Bu istiqamətlərdə gediş-dönüş biletləri əldə etmək üçün sərnişinlər müvafiq olaraq 291, 443, 575 və 655 ABŞ dolları ödəməli olacaqlar.

Endirimli günlərdə Bakıdan iki tərəfli istiqamətdə həmçinin Mançester (618 ABŞ dolları), Lyublana (420 ABŞ dolları), Riqa (320 ABŞ dolları), Saloniki (442 ABŞ dolları), Lissabon (641 ABŞ dolları), Nürnberq (486 ABŞ dolları) və Dublinə də (521 ABŞ dolları)  uçuşlar həyata keçiriləcək.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!