“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim elan edir

Frame.az—–Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” oktyabr ayının 4-dən 18-ə qədər endirim kampaniyası elan edir. 19 istiqaməti əhatə edəcək endirim kampaniyası çərçivəsində əldə olunan biletlərin istifadə müddəti 5 oktyabr-27 dekabr tarixlərini əhatə edir.

Kampaniya çərçivəsində səyahətsevərlər istər Yaxın (Təl-Əviv), istər Uzaq Şərq (Tokio), istərsə də ekzotiv Cənubi Amerikanı (Buenos-Ayres) endirimli qiymətlərlə kəşf etmə imkanı qazanırlar. Endirim kampaniyasında Təl-Əviv istiqamətində biletin qiyməti 299 Avro, Tokio istiqamətində 819 Avro, Buenos-Ayres istiqamətində isə 899 Avro təşkil edir. Kampaniyada yer almış şəhərlərin siyahısında həmçinin Nyu-York (559 Avro), Kuala Lumpur (659 Avro), London (548 Avro) və Parisin də adı yer alıb (399 Avro).

Qeyd edək ki, təklif olunan qiymətlər Avro ilə göstərilib, gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də göstərilən qiymətlərə daxildir.

İSTİQAMƏT QİYMƏT
Təl-Əviv 299 Avro
Nyu-York 559 Avro
Toronto 719 Avro
Monreal 729 Avro
Tokio 819 Avro
Phuket 599 Avro
Kuala-Lumpur 659 Avro
Banqkok 579 Avro
Berlin 439 Avro
London 548 Avro
Buenos-Ayres 899 Avro
Vilnüs 339 Avro
Hyuston 759 Avro
Boqota 917 Avro
Budapeşt 439 Avro
Venesiya 519 Avro
Neapol 569 Avro
Paris 399 Avro
Cenevrə 438 Avro

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: