AirnewsSəyahətTurizmTəqdimat

“Türk Hava Yolları” biznes-sinif sərnişinləri üçün qida xidmətini yaxşılaşdırır

Təyyarənin göyərtəsində təklif olunan qidaya görə dəfələrlə mükafatla layiq görülən “Türk Hava Yolları” aviaşirkəti bir addım irəliləyərək biznes-sinif sərnişinlərinə uçuşdan əvvəl yemək seçimini təmin edən xidməti istifadəyə verib.

Bu xidmətə əsasən, İstanbuldan aşağıda göstərilən qitələrarası istiqamətlərə səyahət edən biznes-sinif sərnişinləri şirkətin internet səhifəsində və ya mobil tətbiqdə yeməyin detallarını və görünüşünü nəzərdən keçirib, seçimlərini edə bilərlər. Sərnişinlər öz seçimlərini uçuş tarixindən 1 həftə əvvəl və ya uçuşa 48 saat qalmış edə bilərlər.

İstanbuldan Atlanta, Banqkok, Pekin, Boqota, Boston, Keyptaun, Çikaqoy, Quançjou, Hanoy, Havana, Hoşimin, Honqkonq, Hyuston, Cakarta, Yohanesburq, Kuala-Lumpur, Los-Anceles, Manila, Mayami, Monreal, Nyu-York, Phuket, Port-Lui, San-Fransisko, San-Paulo, Seul, Şanxay, Sinqapur, Taybey, Tokio, Toronto, Vaşinqton, Karakas, Panama Siti, Madaqaskar, Durban, Maputu və Buenos-Ayresə səyahət edən “Türk Hava Yolları” sərnişinləri bu xidmətdən yararlana bilərlər.

Bundan başqa, “Türk Hava Yolları” biznes-sinif sərnişinlərinə qitələrarası uçuşlarda səyahət zamanı istədiyi vaxt şam etmək imkanı verən bir xidmət təklif edir. Dünyada cəmi bir neçə aviaşirkət tərəfindən təklif olunan bu imtiyazlı xidmət sərnişinlərə daha çox xüsusi xidmət əldə etməyə imkan yaradır. “Türk Hava Yolları” sərnişinləri istirahət və yemək vaxtlarını seçərək daha rahat səyahət təcrübəsi yaşayacaq.

Sərnişinlər bu xidmətdən bütün “Türk Hava Yolları”nın İstanbuldan həyata keçirilən və ya gələn qitələrarası gecə uçuşlarında* istifadə edə bilərlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!