AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimat

“Türk Hava Yolları” doqquz ay ərzində 58 milyon sərnişin daşıyıb

“Türk Hava Yolları” aviaşirkəti bu ilin sentyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi  83,4% təşkil edib ki, bu göstərici əvvəlki ayla müqayisədə azalıb. 2017-ci il sentyabr ayının əsas təsiri, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.

Bu ilin sentyabr ayında sərnişin axınının artımı davam edib. Sentyabrda dasınan sərnişinlərin sayı 1% artaraq 7 milyona çatıb. Yüklənmə səviyyəsi 83,4% təşkil edib.

2018-ci ilin sentyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 2 faiz bəndi artaraq 83%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 87%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 3% artıb.

Sentyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 22% artıb. Artım əsasən daxili reyslər (48%), Şimali Amerika (32%), Afrika (23%) və Uzaq Şərq (20%) hesabına baş verib.

Cari ilin yanvar-sentyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% və 12% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 58 milyon sərnişin daşınıb.

Yanvar-sentyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 2 faiz bəndi artaraq 85%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 13% artıb.

Cari ilin ilk 9 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1 milyon tona çatıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!