“Türk Hava Yolları” istiqamətlərin sayını 304-ə çatdırıb

Digər aviaşirkətlərdən daha çox istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” Komor Adaları İttifaqının ən iri şəhəri və paytaxtı olan Moronini marşrut şəbəkəsinə əlavə edib. Aviaşirkət Moroniyə reyslər üzrə uçuşları həftədə 3 dəfə yerinə yetirəcək (Seyşel adalarında dayanaraq).

Komor Adaları İttifaqı üç iri adadan ibarətdir – Grand Komor, Anjuan və Moxeli. Moronini marşrut şəbəkəsinə daxil etməklə “Türk Hava Yolları” uçduğu ölkələrin sayını 122-yə, istiqamətlərin sayını isə 304-ə çatdırıb, bu istiqamətlərin 53-ü Afrikada yerləşir.

İstanbuldan Moroniyə və əks istiqamətə biletin minimal qiyməti 973 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.

Türk Hava Yolları”nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: