“Türk Hava Yolları” iyul ayında aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb – 85,3%

“Türk Hava Yolları” iyul ayı üzrə sərnişin və yük daşımalarının nəticələrini açıqlayıb və bu nəticələrə əsasən aviaşirkət tarixində rekord yüklənmə səviyyəsinə çatıb – 85,3%.

Daşınan sərnişinlər sayının artımı iyul ayında da davam edib və bu göstərici 4% artaraq 7,8 milyona çatıb, iyul ayı üzrə yüklənmə səviyyəsi isə 85% təşkil edib.

İyulda reyslərin yüklənmə səviyyəsi 1,5 faiz bəndi, kreslo-kilometrlərin sayı isə 2% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 1,7 faiz bəndi artaraq 84,9% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 88% təşkil edib.

Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 7% artıb (tranzit sərnişinlər istisna olmaqla).

İkirəqəmli artım tendensiyasını davam edərək ötən ilin analoji ayı ilə müqayisədə iyul ayında daşınan yüklərin/poçtun həcmi 20% artıb. Artım əsasən Yaxın Şərq (33%), Avropa (26%), Afrika (26%), Şımalı Amerika (32%) və Uzaq Şərqin (16%) hesabına baş verib.

Iyul ayında Şimali Amerika, Afrika və Uzaq Şərq üzrə göstəricilər müvafiq olaraq 5,5, 3,5 və 4 faiz bəndi artıb.

Cari ilin yanvar-iyul dövründə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 13% və 15% artıb. Aviaşirkətin ümumi sərnişin axını 43 milyona çatıb.

Yanvar-iyul aylarında reyslərin ümumi yüklənmə səviyyəsi təqribi 4 faiz bəndi artaraq 81%-ə çatıb. Bununla belə, aviaşirkətin tarixində ilk yeddi ay ərzində rekord yüklənmə səviyyəsi nümayiş etdirilib. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 4 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 2 faiz bəndi artaraq 85%-ə çatıb.

Yanvar-iyul aylarında beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 18% artıb (tranzit sərnişinlər istisna olmaqla).

Cari ilin yanvar-iyul aylarında daşınan yüklərin və poçtun həcmi 26% artaraq 779 min ton təşkil edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: