SəyahətTurizmTəqdimat

“Türk Hava Yolları” viza ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb

“Türk Hava Yolları” avia şirkəti vizalar ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb.

Yeni qaydalara əsasən, müştərilər viza müraciətləri ilə bağlı rədd cavabı aldığı təqdirdə“Türk Hava Yolları” aviaşirkətindən alınmış Bakı çıxışlı biletlərin qaytarılması“viza müraciəti rəddi zamanı qaytarıla bilər” bəndi olmadığı halda belə mümkündür. Yəni müştəri bilet üzrə etdiyi ödənişi bilet aldığı turizm agentliyindən və ya “Türk Hava Yolları”nın Bakı ofisindən geri ala bilər.

Bunun üçün müştəri uçuşdan ən gec 48 saat öncə müraciət etməlidir. Müraciət zamanı viza üzrə aldığı rədd cavabı məktubunu təqdim etmək mütləqdir.

Qeyd edək ki, “Türk Hava Yolları” aviaşirkətinin Bakı ofisi Xocalı prospekti, 37 (“Demirchi Tower”) ünvanında yerləşir. Əlaqə nömrəsi: (+994 12) 404-10-51.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!