“Türk Hava Yolları” yanvarda rekord sayda sərnişinə xidmət göstərib

Cari ilin ötən ayında “Türk Hava Yolları” aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinəmüvəffəq olub–79,8%.Şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37% artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.

Yanvar ayında aviareyslərin ümumi yüklənmə səviyyəsi 7,3 faiz bəndi artaraq 79,8%-ə çatıb, kreslo-kilometrlərin sayı 17% artıb, beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi isə7,5 faiz bəndi artaraq 78,6% təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb.

Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29%-lik artım ilə davam edib.

Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 45% artlb (tranzit sərnişinlər istisna olmaqla).

Yanvar ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 34% artıb. Artım əsasən Yaxın Şərq (45%), daxili reyslər (44%) və Avropanın (39%) hesabına baş verib.

Reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrika müvafiq olaraq 13 faiz bəndi, 1 faiz bəndi, 9 faiz bəndi və 8 faiz bəndi artıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: