“Türk Hava Yolları”nın təşkil etdiyi qolf üzrə Dünya Kubokunun qalibi müəyyənləşib

Londondan olan Lyuk Yustas “Türk Hava Yolları” aviaşirkəti tərəfindən qolf üzrə həvəskarlar arasında Belekdə təşkil Dünya Kubokunun (“Turkish Airlines World Golf Cup”) qalibi adına layiq görülüb.

 “Turkish Airlines World Golf Cup”yarışı ilk dəfə olaraq 2013-cü ildə keçirilib, hazırda 12 ölkədə baş tutan yarış 12 mərhələdən ibarətdir. Dünya üzrə aviaşirkətlər arasında ən çox istiqamətdə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” tərəfindən təşkil olunan bu turnir həvəskar qolf üzrə ən böyük yarış hesab olunur. Bu il turnirə hər biri“Türk Hava Yolları” tərəfindən fərdi dəvət almış 8000 iştirakçı qatılıb.

Seçim mərhələləri 2017-ci ilin fevral-oktyabr aylarında “Türk Hava Yolları”nın uçuşlar həyata keçirdiyi 100 şəhərində baş tutub. 63 ölkədən 100 iştirakçının qatıldığı final isə “Deluxe Golf Belek”hotelinin “Titanic Golf Club” meydançasında keçirilib.

Yarışın ilk iki günündə iki raund ərzində 81 xal toplayan Lyuk Yustas Cənubi Afrikadan olan Uorren Espini qabaqlayaraq birinci yerə layiq görülüb. Üçüncü və dördüncü yerlərdə isə çinli Cen Qe və argentinalı Manuel Kaskante qərarlaşıblar. Turnirin qalibi ümumilikdə 145 xal toplamaqla möhtəşəm oyun nümayiş etdirib.

“Ən yaxın zərbə”nominasiyasının qalibləri Nyu-Yorkdan Con Xant və Tokiodan Mey Tokuda olublar.

Bütün finalçılar və onların qonaqları “Türk Hava Yolları”nın dəfələrlə ən nüfuzlu beynəlxalq mükafatlarla vurğulanan qonaqpərvərliyindən zövq ala biliblər.

İştirakçılara İstanbulda təyyarə dəyişməklə Antalyaya biznes siniflə uçmaq imkanı yaradılıb ki, onlar İstanbulun hava limanındakı biznes-zalda istirahət edə biliblər. “Türk Hava Yolları”nın biznes sinifinin sərnişinləri təyyarədən çıxan zaman xüsusi imtiyazlardan yararlana bilir, məhz bunun sayəsində idmançılar tez və rahat şəkildə “Titanic Deluxe Golf Belek” hotelinə çata biliblər.

“Həvəskarlar arasında qolf üzrə “Turkish Airlines World Golf Cup” turnirini keçirməkdən fərəhlənirik. Səylərimiz nəticəsində “Turkish Airlines Open” turnirinin müxtəlif ölkələrdən olan iştirakçılarının sayı artmaqdadır. Bütün qaliblərimizi təbrik edirik və artıq 2018-ci ilin turnirinin hazırlıq mərhələsinə başlayırıq”, – deyə “Türk Hava Yolları”nın korporativ əlaqələr üzrə baş vitse-prezidenti Seda Kalyoncu bildirib.

Qaliblər “Turkish Airlines Open Pro-Am” peşəkar turnirdə iştirak ediblər, burada onlar keçmişdə dünyanın ən yaxşı qolfçular reytinqinə başçılıq edən Li Uestvudla bir meydanda qolf oynamaq imkanı əldə ediblər.

Turnirin sponsorları qismində “Titanic”, “Turk Telekom”, “Financial Times”, “National” və “Conte de Florence” də çıxış edib. “Türk Hava Yolları” aviaşirkəti “Turkish Airlines Open” turniri ilə yanaşı “Turkish Airlines Challenge”ə də sponsorluq edərək qolf idman növünü dəstəkləyir.

“Türk Hava Yolları” basketbol, reqbi və futbol kimi digər idman növlərini də dəstəkləyir və “Turkish Airlines EuroLeague Final Four”, “European Professional Club Rugby” və “2016 UEFA European Championships” kimi yarışların sponsorlarından biridir. Beləliklə, “Türk Hava Yolları” bütün dünyada idmanın inkişafına yardım edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: