Turkish Airlines də Bakı Şopinq Festivalı ilə əməkdaşlığa başladı

Gün keçdikcə Bakı Şopinq Festivalı ilə əməkdaşlıq edən şirkətlərin sayı da durmadan artır. Bu isə yekun nəticədə alıcılar üçün yeni güzəşt və fürsətlər yaradır.

Artıq Türk Hava Yolları şirkəti – Turkish Airlines da Bakı Şopinq Festivalı üçün xüsusi kampaniyaya start verib. Daim öz müştərilərinin xeyrinə xüsusi aksiyalar təşkil edən Turkish Airlines bu dəfə Bakı Şopinq Festivalı çərçivəsində mayın 10-dək Bakı reysinin sərnişinləri üçün ödənişsiz olaraq, 10 kq əlavə yük daşıyacaq.

Belə ki, Bakı Şopinq Festivalı müddətində Tax Free deklorasiyasına sahib olan sərnişinlər Turkish Airlines reyslərinə minik qeydiyyatı zamanı, daşınma xərci ödəmədən 10 kq artıq baqaj verə bilərlər.

Dünyanın ən böyük və məşhur aviaşirkətlərindən olan Turkish Airlines Bakıdan dünyanın yüzlərlə şəhərinə uçuşlar həyata keçirir. Bakı Şopinq Festivalına Turkish Airlines aviaşirkətinin təyyarələrində gəlmiş turistlər üçün bu qaçılmaz fürsətdir.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcəklər. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: