AirnewsSəyahətTəqdimat

“Turkish Cargo” sirk aslanlarını qoruğa qaytardı

124 ölkəyə xidmət təklif edən və dünyanın ən sürətlə inkişaf edən yükdaşımaşirkəti olan “Turkish Cargo” 4 aslanı Kiyevdən İstanbul üzərindən Cənubi AfrikaRespublikasına (CAR), onların təbii yaşayış mühitinə nəql edib.

Şir balası Natan və 3 aslan bacıları Luka, Çarli və Kay Ukraynada təbii mühitindən uzaq, günəşgörməyən və havasız 35 kv. metrlik beton və paslanmazqəfəsdəyaşayaraq, sirk heyvanları kimi istifadə olunurdular. Şirlərheyvanhüquqlarımüdafiəçisi olan “World Lawrence Anthony”təşkilatı (LAEO) tərəfindən xilas edilib. “Türk Hava Yolları”nın qlobal yükdaşıma brendi olan “Turkish Cargo”nun sponsorluğu ilə aslanlar CAR-dakı qoruğagöndərilib.

Aslanlar xüsusi qida ehtiyacı ilə dizayn edilmiş xüsusi konteynerlərdə veterinarlar, LAEO-nun iki nümayəndəsi və IATA sertifikatlı “Tukish Cargo” personalının müşayiəti ilə nəql edilib.

Təxminən 9 km məsafəni əhatə edən uçuşdan sonra aslanlar Afrikanıntəbii yaşayış mühitinə malik və 14 min kv. metrlikKraqqa Kamma Milli Parkında azad buraxılıb.Başlanğıcda sirk şəraitinə uyğunlaşdıqları üçün yeni yerlərinə alışmaqda çətinlik çəkən aslanlar bundan sonra yeni dostları ilə birlikdə təbiəti və azadlığı kəşf edəcəklər.

2017-ci ildə  təbiətdəki qeyri-qanuni ticarəti aradan qaldırmağı hədəfləyən və “Bukingem sarayının vəhşi təbiət deklarasiyası”na qoşulmaqla“Türk Hava Yolları” canlı heyvanların nəql prosesi və heyvan hüquqları mövzusunda hazır olduğunu bir daha sübut edib.

Heyvanların daşınması üçün qayğı göstərən və səmada ən təbii mühit yaradan “Turkish Cargo” CITES və IATA LAR qaydalarını əsas götürərək qəbuletmə, saxlama və göndərilmə proseslərini və eyni zamanda adı çəkilən qaydada sənədləşmə, etiketləmə və tənzimləmələri həyata keçirir.

Videonun linki:https://we.tl/t-U72HnEQFw0.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!