Türkiyəli rejissor Ali Bilgin Bakıya gəlir

Azərbaycanda AF Media İncəsənət məktəbinin açılışında iştirak etmək üçün “Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və  “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya dəvət edilib.

Aprelin 03-də saat 19-00-da  Nizami Kino Mərkəzində keçiriləcək seminarda Ali Bilgin, Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında təcrübəsi ilə bölüşəcək, seminarda iştirak edən incəsənət adamlarının suallarına cavablandıracaq.

Qeyd edək ki,  Nizami Kino Mərkəzinin binasında yerləşən  AF Media İncəsənət məktəbinə qəbul davam edir. İncəsənət Məktəbində tanınmış türk rejissorları tərəfindən  aktyorluq dərsləri keçirilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: