MusiqiTəqdimat

Türkiyə “Eurovision-2018” mahnı müsabiqəsində iştirak edəcək

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision-2018” mahnı müsabiqəsində Türkiyə də iştirak edəcək.

Frame.az Türkiyənin “NTV” telekanalının saytına istinadən xəbər verir ki, bu barədə “TRT”nin İdarə Heyəti qərar qəbul edib.

Xatırladaq ki, Türkiyə ilk dəfə 1975-ci ildə Semiha Yankı ilə bu müsabiqəyə qatılıb, 2003-cü ildə Sertab Erener yarışmanın qalibi olub.

Qardaş ölkə sonuncu dəfə müsabiqədə 2012-ci ildə Can Bonomo ilə təmsil olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!