FutbolIdman

Türkiyə Superliqası tarixində ilk dəfə qadın klub prezidenti olub

Türkiyənin “Kayserispor” futbol klubunda prezident dəyişikliyi olub.

Frame.az xəbər verir ki, Kayseri təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-u keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib.

B.Gözbaşı ilk qadın prezident kimi Superliqa tarixinə düşüb.

Qeyd edək ki, “Kayserispor” 11 turdan sonra 7 xalla Superliqanın sonuncu pilləsində qərarlaşıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!