Idman

Türkiyədə Superkubokun sahibi “Konyaspor” olub

Türkiyədə Türkcell Superkuboku uğrunda liqa çempionu “Beşiktaş” ilə Türkiyə Kuboku çempionu “Konyaspor” qarşılaşıb.

Frame.az xəbər verir ki, 33-cü dəqiqədə “Konyaspor” Traorenin qolu ilə 1:0 önə keçib. İlk yarı bu hesabla başa çatıb.

Oyunun 78-ci dəqiqəsində Cenk Tosun hesabı bərabərləşdirib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın 90-cı dəqiqəsində Skubic penalti zərbəsi ilə “Konyaspor”a superkuboku qazandırıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!