EventsMədəniyyətTəqdimatƏn SonƏn Son

Türkiyədə yaşayan Azərbaycan Türklərinin II Qurultayı keçiriləcək

Çağdaş Azərbaycan Kültür Dərnəyinin təşkilatçılığı ilə Türkiyədə yaşayan Azərbaycan Türklərinin II Qurultayının mətbuat konfransı keçiriləcək.

Dərnəkdən saytımıza verilən məlumata görə, görüş fevralın 6-da “Azərkitab”ın konfrans zalında baş tutacaq. Tədbirin keçirilmə məqsədi Türkiyədə yaşayan Azərbaycan Türklərinin birliyini daha da möhkəmləndirmək, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini yüksək səviyyədə təcəssüm etdirməkdir.

Qonaqlar sırasında Türkiyədəki Azərbaycan Kültür Dərnəklərinin idarə heyətlərinin üzvləri, sənətçilər, siyasətçilər və iş adamları yer alacaqlar.

Qeyd edək ki, Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayı 2011- ci ildə Türkiyənin İzmir şəhərində baş tutmuşdu. Sözügedən tədbirə dünyanın dörd bir tərəfində o cümlədən Amerika Birləşmiş Ştatları, ayrı-ayrı Avropa ölkələri, Rusiya və Türkiyədə yaşayan soydaşlarımız təşrif  buyurmuşdular.

Qurultaydan sonra isə “Türkiyədə yaşayan Azərbaycan Türkləri” adlı kitab çap edilmişdi. 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!