EventsFashionFestivallar

Türkiyənin top-modelləri Bakıda “Dosso Dossi Fashion Show”nun podiumuna çıxacaqlar

Dünyada tanınmış top-modellərin iştirakı ilə Türkiyənin ən böyük moda proqramına imza atan “Dosso Dossi Fashion Show” xaricdə ilktədbirini qardaş ölkə sayılan Azərbaycanda həyata keçirəcək. Bu dəfə Türkiyənin ən məşhurmanekenləriniheyət tərkibinə daxil edən “Dosso Dossi Fashion Show”1-3 mart tarixlərində40 şirkətin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıdaböyük bir şouya imza atacaq.

Şou çərçivəsində martın 2-də həyata keçiriləcəkmoda nümayişində Çağla Şikel, Özge Ulusoy, Vilma Elles, Şebnem Sçefer, Günay Musayeva, Merve Büyüksaraç, Tuba Melis Türk və Ege Begüm Yücetan kimi modellər podiumaçıxacaqlar. Xoreoqrafiyasını Öner Evezin hazırlayacağı moda nümayişində türk dizaynerlərin 2018 yaz-yay məhsulları nümayiş etdirəcək.

Azərbaycanın ən böyük sərgi məkanı olan “Baku Expo Center”də keçiriləcək moda nümayişindən sonra Bakının populyar əyləncə mərkəzi sayılan “Enerji Club”da təşkil ediləcək əyləncədə Azərbaycanın və Rusiyanın məşhur müğənniləri Röya və Soso Pavliaşvili konsert verəcəklər.

“Dosso Dossi” şirkətinin baş direktoru Hikmet Eraslan ilk ölkə xaricindəki şou qardaş ölkə Azərbaycanda təşkil edəcəkləriüçün xoşbəxt olduqlarını söyləyib: “Biz “Dosso Dossi”yə aidmoda nümayişi və konsertləri ilə Bakıda festival ab-havası əsdirəcəyik. Türk və Azərbaycan xalqları arasında bir çox ortaqcəhətlər var. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət– bir millət”konsepsiyasına öz töhfəsini verərək, Türkiyə iləAzərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmlədəcək. İlk şoumuzdan sonranümayişimizi Azərbaycanda təşkil etməyimizə olduqca şadıq”.

“Dosso Dossi” şirkətinin rəhbəri Hikmet Eraslan tərəfindən yaradılan və “original bir iş fikri” olaraq Türkiyədə Yüksək Şura tərəfindən dətəsdiq olunan“Dosso Dossi Fashion Show” ildə iki dəfə, dekabr vəiyun aylarında təşkil edilir. “Dosso Dossi Fashion Show” 2005-ci ildə 11 şirkət və 45 müştərinin iştirakı ilə başladı. Hazırda 150 şirkət və orta hesabla 5 min müştəriyə çatanfəaliyyətəsasən “Laleli”, “Merter”, “Osmanbey” və“Çağlayan” olmaqlatrikotajistehsalçılarını və müştərilərini Antalyada təşkil edilənsərgidə bir yerətoplayır.

Fəaliyyət əsnasında Rusiya başda olmaqla30ölkədən və 200 fərqlişəhərdəntrikotaj müştəriləri Türkiyəyəgəlir. Trikotaj müştəriləri, özləri ilə birlikdə ailələri də gəldikləri Antalyada həm alış-veriş, həm dəbeşulduzluhotellərdə istirahət etmək imkanı əldə edirlər. Hər bir tədbirdə dünyada məşhur olan top-modellərin də çıxış edəcəyi və dünya miqyasında böyük səs gətirən moda nümayişləri keçirilir. Hazırda“Dosso Dossi Fashion” geniş auditoriyaya malikdir. “Dosso Dossi Fashion Show”nun 2017-ci iliniyun ayında Antalyada “Land Of Legends”əməkdaşlığındahəyata keçirəcəyi son şousu dünya miqyasında 420 milyon şəxs izlədi. “Dosso Dossi Fashion Show” dünya miqyasında “Victoria’s Secret”dən sonra ən çox səs gətirən moda şousuhalını alıb.

“Dosso Dossi Fashion Show”da indiyədək Adriana Lima, İzabel Fontana, Miranda Kerr, İrina Şeyk, İzabel Qular, Ana Beatriz Barros, Kendall Cenner, Lindsey Ellinqson və Erin Hiterton kimi modellərlə yanaşıRusiya kəşfiyyatının sabiq agenti, “Qırmızı agent” adı ilə tanınan teleaparıcı Anna Şapman da iştirak edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!