Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti fövqəladə səfirlə görüş keçirib

21 fevral 2019-cu il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə Fondda görüş keçirib.

Görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, əsas prioritet istiqamətləri və həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib.O,Fond tərəfindən keçən illər ərzindətürk dünyası irsini beynəlxalq arenada tanıtmaq məqsədi ilə həyata keçirilən tədbirlərdən söz açıb. Fondun prezidenti 2018-ci ilin türk dünyası üçün çox səmərəli keçdiyini bildirərək bu il üçün planlaşdırılan, türkdilli xalqların ortaq mirasını təbliğ edən yeni layihələr haqqında danışıb.G.Əfəndiyeva Türkmənistanın türk dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayaraq, türk dünyası mədəniyyətinin daha da geniş şəkildə tanıdılmasıüçünbirgə işlərin aparılmasının əhəmiyyətindəm bəhs edib.

M.İşanquliyev türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi yönündə Fondun fəaliyyətini yüksək qiymətləndirib. O,türkdilli xalqların eyni tarixi köklərdən gəldiyini qeyd edərək,sahib olduğumuz bu böyük və zəngin mədəni xəzinənin təbliği və araşdırılması istiqamətində əlaqələrin daha da gücləndirilməsinin önəmindən danışıb.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələrindən biri türk dünyasının ortaq eposu olan “Koroğlu – türkdilli xalqların qəhrəmanı” kitabı və digər layihələr üzrə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: