Təqdimat

TÜRKSOY-un heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş və digər heyyətnümayəndələri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərəkFondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüş zamanı G.Əfəndiyeva qardaş təşkilat olan TÜRKSOY nümayəndələrinəFondun son dövrlərdəki fəaliyyətləri barədə söz açaraq, türk dünyasının ortaq mədəni dəyərlərinin beynəlxalq miqyasda təbliğinin təmin olunması istiqamətində Fond tərəfindən icra olunan müxtəlif layihələr və tədbirlər barədə ətraflı danışıb. G.Əfəndiyeva eyni məqsədlərə xidmət edən təşkilatların türk dünyası zənginliklərinin təbliğ edilməsinin vacibliyindən söz açıb.
TÜRKSOY baş katibinin müavini F.Purtaş bu il 25 illiyi qeyd olunan TÜRKSOY-un həyata keçirdiyi əhəmiyyətli tədbirlərdən söz açıb. O, həmçininBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərəktürk dünyasının birliyinə xidmət edən iki qardaş qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Sonda, iki qurumun türk xalqlarının daha da yaxınlaşması istiqamətsində gördüyü işlər qiymətləndirilmiş, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün il ərzində birgə təşkil olunacaq tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!