UAFA təşkilatının 20 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir

28 fevral 2018-ci il tarixində, saat 19:00-da Monolit Plaza otelində UAFA təşkilatının 20 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.

Tədbir UAFA Yasamal İƏR (İcma Əsaslı Reabilitasiya) Mərkəzini təmsil edən “Möcüzə” rəqs qrupunun milli rəqsi ilə başlayacaq.

Açılış sözü ilə təşkilatın rəhbəri xanım Qven Börçel UAFA təşkilatının hazırki fəaliyyəti, bu günə kimi görülmüş və görüləcək sosial yönümlü layihələrimiz haqqında qonaqları məlumatlandıracaq.

Daha sonra UAFA-ın PR meneceri Saleh Nəsirov tədbirin qonaqlarına təşkilatın 20 illik fəaliyətini özündə əks etdirən yeni veb səhifəsini təqdim edəcək (www.uafa.az).

2004-cü ildən bəri UAFA-nın Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən İcma Əsaslı Reabilitasiya Mərkəzlərinin pulsuz xidmətlərindən bəhrələnmiş və nəticədə cəmiyyətə uğurlu inteqrasiya edərək, bərabərhüquqlu vətəndaşlara çevrilmiş əlilliyi olan bir neçə gənc öz Uğur Hekayələri ilə fəxri qonaq qismində çıxış edəcəklər.

Tədbir “Möcüzə” rəqs qrupunun rəqsi ilə başa çatacaqdır.

Tədbir boyu əlilliyi olan uşaq və gənclərin rəsm və əl işlərindən ibarət satış-sərgi nümayiş olunacaq.

Tədbirdə 20 il ərzində UAFA təşkilatına dəstək olmuş Prezident Aparatı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış RİİB (Regional İnkişaf İçtimai Birliyi), Milli Məclis, Nazirlər Kabineti, AQUPDK, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, həmçinin Amerika və Böyük Britaniyanın Azərbaycandakı səfirləri, yerli və beynəlxalq şirkət və təşkilat təmsilçiləri, o cümlədən Media və tanınmış simalar, jurnalist və bloggerlər iştirak edəcəklər.

Bu tədbiri təmənnasız olaraq dəstəklədikləri üçün MGM Holding, Monolit Plaza və KTV-yə xüsusi təşəkkürümüzü bildiririk!

Qeyd edək ki, Azərbaycana Birgə Yardım Təşkilatı United Aid For Azerbaijan (UAFA) “Uşaqlar, xüsusən də əlilliyi olan uşaqlar, sağlamlıq və təhsil məsələlərinə diqqət yetirməklə Azərbaycanda Sosial Həyatın uzunmüddətli inkişafına kömək” missiyası ilə 1998-ci ildə təsis edilmişdir.

1998-ci ildən bəri UAFA həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində tanınmış bir təşkilata çevrilmişdir. UAFA-ın uzunmüddətli məqsədi Azərbaycan Hökuməti və cəmiyyəti üçün bilik mübadiləsi və sosial siyasət məsələlərində davamlı bir resurs olmaqdır.

Hal-hazırda UAFA-nın Bakı ilə yanaşı digər 21 şəhər və rayonda uşaqlar və onların ailələri üçün pulsuz sosial xidmət mərkəzləri mövcuddur. 2004-cü ildən bu günədək UAFA-ın İƏR, Məktəbəqədər Təhsil, Erkən Müdaxilə və Sosial İş kimi pulsuz xidmətlərindən 13000 uşaq və 14083 ailə bəhrələnmişdir.
Hər il bu say artır və daha çox xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətə qazandırırıq!
Sizin dəstəyinizlə daha çox regionları əhatə və ailələrə, uşaqlara dəstək ola bilərik!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: