MaraqlıTəqdimat

“Uber” Bakıda bayram tonqalı qaladı-FOTO-lar

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkətiAzərbaycan paytaxtında bloqer və jurnalistlər üçün “Novruz tonqalı” adlı bayram müsabiqəsi təşkil edib.

Müsabiqənin şərtlərinə əsasən, 4 iştirakçı “Uber” tətbiqindən istifadə edərək Bakı şəhərinin müxtəlif nöqtələrində müvafiq tapşırığı yerinə yetirmək üçün öz aralarında yarışıbılar. “Uber” avtomobillərinin sürəti qalibə cəmi 34 dəqiqə ərzində bayram tonqalı üçün təşkilatçılar tərəfindən Nizami, Xətai və Nərimanov rayonlarında gizlədilmiş tonqal üçün lazımi materialları yığmağa imkan yaratdı. İştirakçılar bir daha sübüt etdilər ki, “Uber” qısa vaxt ərzində müxtəlif işləri yerinə yetirməyə imkan yaradaraq şəhər sakinlərinin mobilliyini artırır.

“Biz inanırıq ki, fəaliyyət göstərdiyimiz ölkələrin mədəniyyət və ənənələri ilə tanış olmaq biznesimizin davamlı inkişafı və müştərilərimizin məmnuniyyəti üçün olduqca vacibdir. Baharın gəlişini və Novruz bayramını azərbaycanlılarla birlikdə qeyd etməyə şadıq və ümid edirik ki, “Uber” ilə sürətli və rahat gedişlər Bakı sakinlərinə üzümüzə gələn bayram günlərindəşən və faydalı zaman keçirməyəimkan yaradacaq”, – deyə “Uber” şirkətinin MDB regionunda kommunikasiya üzrə direktoru İrina Quşina bildirib.

Bütün müsabiqə iştirakçılarının qələbəyə eyni şansı var idi: belə ki, hər bir iştirakçı təşkilatçılar tərəfindən şəhərin fərqli hissələrində qizlədilmiş tonqal materiallarını eyni vaxtda axtarmağa başladı. İştirakçılar “Uber” tətbiqi vasitəsilə avtomobil sifariş edərək və sürətdə yarışaraq şəhər üzrə hərəkət edirdi. Sonuncu nöqtədə isə müsabiqənin qalibini şirkət nümayəndələri təbrik və xatirə hədiyyəsi ilə qarşılayıb. Qızğın mübarizəyə baxmayaraqtonqalı qalamaq və ənənəyə uyğun olaraq, üstündən ilk hoppanmaq şərəfi müsabiqənin qalibi olan bloqer Natella Kərimovaya qismət olub.

Qalib öz təəssüratları ilə sosial media şəbəkəsində paylaşıb:http://bit.ly/2n8YyyN, http://bit.ly/2mrpbLU.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!