Təqdimat

“Uber” və “Bravo” Bakıda yeni kampaniyaya start veriblər

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti və Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə aparıcı brendlərdən biri olan “Bravo” Bakıda birgə kampaniyaya başlayıblar:yeni açılmış “Bravo” hipermarketində hər hansı bir məbləğdə alış-veriş etmiş hər bir yeni “Uber” istifadəçisi “Uber” ilə ilk iki gediş üçün 10 manat məbləğində endirim promokodu qazanacaq. Kampaniya yalnız yeni açılmış “Bravo”hipermarketində və yalnız yeni “Uber” istifadəçiləri üçün aktiv olacaq.

“Uber” istifadəçisi olmaq üçün eyni adlı tətbiqi smartfona yükləmək və qeydiyyatdan keçmək lazımdır.Promokoddan istifadə yararlanmaq üçün isə yeni istifadəçi tətbiqin menyusunda “Ödəniş” bölməsinə daxil olmalı, orada “Promo/Hədiyyə kodu daxil et” bəndini seçməli, açılan ekranda promokodu daxil edib, “Əlavə et” düyməsinə toxunmalıdır. Hər bir istifadəçi hesabında aktiv olan bütün promolara “Promolar” bölməsində baxa bilər.

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiq hazırlamış beynəlxalq texnoloji şirkətdir. Hazırda şirkət73 ölkənin 450-dən çox şəhərində fəaliyyət göstərir. Bakıda “Uber” 2015-ci ilin aprel ayından etibarən mövcuddur.

“Uber”in missiyası – şəhəriçi hərəkəti sadə, etibarlı və əlçatan eləməkdir. Şirkət “smartfona bir toxunuşla avtomobili necə sifariş etmək olar?” sualına cavab verərək 2009-cu ildə fəaliyyətə başlayıb. Yeddi il sonra, 2 milyarddan artıq gedişi təmin etdikdə, “Uber” ciddi çağırışları həll etməyə çalışır: avtomobilləri daha səmərəli istifadə edərək şəhərlərdə tıxacların sayını və atmosferin çirklənməsini azaltmaq.

“Bravo” yerli və xarici, keyfiyyətli və təravətli ərzaq məhsullarının geniş çeşidini ən aşağı qiymətlərləalıcılara təklif edir. “Bravo”nun eksklüziv partnyorları Böyük Britaniyanın pərakəndə satış üzrə aparıcı brendi olan “Waitrose” və dünyaca məşhur brendFransada pərakəndə satış üzrə lider sayılan“Casino”.

Olduqca geniş, 8 min kv. metrlik alış-veriş ərazisi, qida və qeyri-qida məhsullarından ibarət 40 min məhsul növü və 800 avtomobillik geniş dayanacağı ilə seçilən “Bravo” hipermarketi müştərilərinə alış-verişdə sözün əsl mənasında hiper imkanlar yaradır.

“Bravo” hipermarketinin ünvanı: Bakı, Əhmədli qəsəbəsi (keçmiş Radiozavod).

İş qrafiki: bazar ertəsi – bazar / 08:00-00:00. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!