“Uber”dünya üzrə 5 milyard səfər həyata keçirib

“Uber” beynəlxalq texnologiya şirkəti 2009-cu ildə smartfonun ekranına bir neçə toxunuşla avtomobil sifarişi üçün sadə həll hazırlayaraq fəaliyyətə başlayıb. Artıq 2015-ci ilin sonunda şirkət mühüm sərhədi aşa bilir – 1 mlrd. səfər. Yarım ildən sonra, 2016-cı ilin iyun ayında, bu rəqəm 2 mlrd-a çatır. Bir neçə həftə bundan öncə isə “Uber” şirkətin tarixində daha bir vacib mərhələni aşıb – şirkətin yaranmasından etibarən dünya üzrə “Uber” ilə 5 mlrd. səfər. O zaman 6 qitənin 24 ölkəsində “Uber” ilə 156 səfərə start verilmişdi.

Həmin an xoşbəxt sürücülərdən biri “Uber” ilə ilk səfərini həyata keçiridi: o, sərnişini motobaykla Cakartada (İndoneziya) mindirmişdi. Daha 6 sərnişin “Uber”dən ilk dəfə olaraq yararlanmışdır.

Səfərlərdən ən qısası San-Fransiskoda qeydə alınıb – cəmi iki məhəllədən bir qədər çox məsafə. Ən uzun səfər isə Sinqapurda qeydə alınıb – 27 km (maraqlısı odur ki, ölkənin bütün uzunluğu təxminən 50 km təşkil edir). 15 “Uber” istifadəçisi səfərlərini yaşadığı ölkələrdən kənarda həyata keçirib.

“Uber” bu uğura bütün dünya üzrə şirkətlə əməkdaşlıq edən sürücülər sayəsində nail olub. Şirkətin tarixinə vacib töhfə verən sürücülərə təşəkkürünü bildirmək üçün “Uber” 156 sürücünün hər birinəyerli valyutada 500 ABŞ dolları ekvivalentində mükafat təqdim edəcək.

“Gələcəkdə daha 5 mldr. və hətta bundan artıq səfər həyata keçirmək üçün istifadəçilərimizə yeni funksiyalar təklif etməklə şirkətimizin inkişafını və servisimizin təkmilləşdirilməsini davam etdiririk”, – deyə şirkətin məlumatında bildirilir.

“Uber” haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarişı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Tətbiq dünyanın 76 ölkənin 450 şəhərində fəaliyyət göstərir. “Uber”in məqsədi şəhərdaxili hərəkəti su kəməri kimi bütün əhali üçün sadə, etibarlı və münasib etməkdir. Şirkət fəaliyyətə 2009-cu ildə çətin olmayan məsələnin həlli ilə başlayıb: smartfonun ekranına birneçə toxunuş ilə avtomobil sifariş etmək imkanı. Altı il ərzində iki milyarddan artıq gedişi təmin etdikdən sonra şirkət daha ciddi məsələni həll etməklə məşğuldur: avtomobillərin daha səmərəli istifadəsi nəticəsində şəhərlərdə tıxacların sayının və hava çirklənməsinin azaldılması. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: