EventsTəqdimat

Üç azərbaycanlı “Xırdalan iç – Xırdalanda ev qazan” kampaniyası çərçivəsində mənzil qazanıb

Bu ilin aprel ayının 1-dən avqust ayının 31-ə kimi keçirilən “Xırdalan iç – Xırdalanda ev qazan” promokampaniyası çərçivəsindəson mənzilin sahibinin adı məlum olub. Qalib Xanım Həsənovadır. Sentyabrın 28-də o, mənzilin açarlarını alıb.

Carlsberg Azerbaijan-ın “Xırdalan” flaqman brendinin milli promokampaniyası çərçivəsində Xırdalan şəhərində yerləşən Kristal AbşeronKompleksindəki 3 yeni təmirli mənzil oynanılıb. Aksiyada iştirak etmək üçün 18 yaşına çatmış şəxslər Xırdalan pivəsi almalı, qapağın altındakı kodu tapıb,www.xirdalanpromo.az reklam saytında qeydiyyatdan keçməli idilər.

Kampaniyada Lotereya işarəli məhsullar iştirak edib: “Xırdalan iç – Xırdalanda ev qazan!”,lotereyada 37,000-dən çox kod və 10,000-dən çox istehlakçı iştirak edirdi.

Carlsberg Azerbaijan-ın marketinq üzrə direktoru Yana Slivka: “Aksiya təşkilatçıları olaraq bizim üçünqalibin müəyyən olunması prosesinin şəffaflığı çox vacib idi və hər bir istehlakçımız rəsmi Facebook səhifəmizdə canlı yayımda qalibin müəyyən edilməsi prosesini izləmək imkanına malik idi.Bu gün üçüncü qalib mükafatlandırıldı və biz çox şadıq ki, qaliblərimizin həyatına müsbət töhfə vermiş, və bəlkə də həyatlarını yaxşı mənada dəyişə bilmişik. Xırdalan brendimilli brend kimi tanınmaqla yanaşı, eyni zamanda bizim qürur mənbəyimizdir. Çünki Xırdalan Londonda keçirilən “International Beer Challenge” kimi nüfuzlu beynəlxalq müsabiqədə yüksək keyfiyyətinə görə qızıl medal qazanıb”.

Mənzilin ilk qalibi və sahibi Masallı rayon sakini, ailəsi ilə artıq mənzilə köçmüş Rəşad Quliyevdir. İkinci qalib Bina qəsəbəsində yaşayan Çingiz Həmidov, üçüncü mənzilin qalibi isə Bakı şəhəri sakini 26 yaşlı gənc ana Xanım Həsənovadır. Qalibləri təbrik edirik!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!