Baku Shopping FestivalEvents

Üçüncü Bakı Şopinq Festivalının lotereya uduşunun ilk qalibləri məlum oldu!

Sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı artıq 10 gündən çoxdur ki, alış-veriş həvəskarlarını sevindirməyə davam edir.”Alış-verişiniz sizə hədiyyə qazandırsın!” şüarı ilə mayın 1-dən açıq elan edilən festivalın Onlayn Lotereyabu vaxt ərzində yüzlərlə iştirakçıya dəyərli hədiyyələr qazandırıb.

Bakı Şopinq Festivalında alış-veriş etməklə lotereya iştirakçısına çevrilən alıcılardan bir çoxu artıq qalib gələrək qiymətli hədiyyələrə sahib olublar.

Belə ki, festival çərçivəsində Rahilə Səfərova Bravo hipermarketdən çaydan, Həqiqət Məmmədova Park Bulvardan “Grundig” CD maqnitola, İlahə Həsənova Bravo hipermarketdən tərəzi, Gülşən Şəfiyeva Bravo hipermarketdən güldan, Veronika Eren Bravodan ütü, Səidə Niyazova Baku Elektroniksdən “Bosh” blenderi, Sərvinaz Mehbalıyeva Park bulvardan “Grundug” radio qəbuledici, Nigar Ağayeva Baku Elektroniksdən “Tefal” mikseri, Sevil Abdulayeva Baku Elektroniksdən buxarlı ütü, Zülfiyyə İsgəndərli Baku Elektroniksdən buxarlı ütü, Vaqif Bağırov Baku Elektroniksdən “Tefal” mikseri, Aysel Hidayətzadə Bravodan tərəzi, Həmzə Heydərov Bravodan tərəzi, Zaur Məmmədov Bravodan ütü, Vüsalə Cəfərova Park Bulvardan “Grundig” radioqəbuledicisi və SD maqnitola, İlahə Həsənova Bravodan elektrik çaydanı, Elnarə Əmirova Park Bulvardan “Grundig” radio qəbuledicisi, Hakim Seyidov Baku Elektroniksdən “Tefal” mikseri, Əli Abdullayev Baku Elektroniksdən “Tefal” mikseri, Rasim Davudov Baku Elektroniksdən “Tefal” mikseri, Cavid Cəfərov Baku Elektroniksdən buxarlı ütü, Nigar Miriyeva Park bulvardan “Grundig” radioqəbuledicisi və Bravodan tərəzi, Zaur Əkbərov Baku elektroniksdən çaydan, Niyaz Əsgərov Bravodan elektrik çaydanı, Sərvinaz Mehbalıyeva Baku elektroniksdən “Tefal” mikseri, Ülya Şirinzadə Baku Elektroniksdən çaydan, Ceyhun Xəlilov Baku Elektroniksdən “Tefal” blenderi, Cavid Məmmədov Park Bulvardan “Grundig” radioqəbuledicisi, Orxan Həsənzadə Bravodan ütü qazanıblar.

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanırlar.

Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya VHF) lotereya Sizin biletinizə çevriləcək.

Bir-birindən dəyərli hədiyyələri qazanmaq üçün lotereyada iştirak etmək isə çox asandır:

Festivalın lotereya proqramına qoşulmuş mağaza, restoran və supermarketlərdə tələb olunan minimum məbləğdə alış-veriş edirsiniz.

Kassa çekini və ya vergi hesab-fakturanı kassirdən alırsınız. Vergi hesab-fakturanı ƏDV köşkündə təsdiq etdirirsiniz, www.bakushopfest.com/lotterysəhifəsində qeydiyyatdan keçirsiniz.

Çek və ya vergi hesab-faktura məlumatlarını daxil edirsiniz və lotereyanın sponsorlarından – Bravomarketlər şəbəkəsi, BakuElectronics, Park Bulvar və digər iştirakçılardan 10 000-dən çoxdəyərli hədiyyədən birini və baş mükafat olan NissanNunny avtomobili qazanmaq şansı əldə edirsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!