Üçüncü “Zima” beynəlxalq uşaq festivalında iştirakla bağlı 110 uşaq müraciət edib

Bu il III “Zima” beynəlxalq uşaq festivalında iştirakla bağlı 110 uşaq müraciət edib, təşkilat komitəsi tərəfindən onların arasında 19 nəfər seçilib.

Frame.az xəbər verir ki, bu fikirlər festivalla bağlı keçirilən mətbuat konfransında səsləndirilib.

Mətbuat konfransında Xalq artisti Aygün Kazımova, Əməkdar artist Sevda Ələkbərzadə, aparıcı Leyla Quliyeva, müğənni İlqar Xəyal və başqaları iştirak ediblər.

Bildirilib ki, artıq festivalla bağlı hazırlıqlara başlanılıb və festivala böyük maraq var.

Festivalın təşkilat komitəsinə icraçı prodüser Leyla Zeynalova, musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə Ukraynanın Əməkdar artisti Rimma Şapovalova, xoreoqraf Emin Hüseynov və başqaları daxildir.

Qeyd edilib ki, bu ilin dekabrın 14-də Heydər Əliyev Sarayında III “Zima” beynəlxalq uşaq festivalının qala-konserti keçiriləcək və şəhərin mədəni tədbirləri sırasında parlaq bir hadisə olacaq. Festival beynəlxalq səviyyədə olacaq və gecədə Azərbaycan pop ulduzları çıxış edəcək. Xalq artisti Aygün Kazımova, Əməkdar artist Sevda Ələkbərzadə və müğənni İlqar Xəyal bu il festivalı çıxışları ilə bəzəyəcək. Festivalın təşkilatçısı “Beat Group”dur.

“Zima” festivalı istedadlı uşaqların qısa müddətdə peşəkarlarla çalışaraq böyük təcrübə qazanmaq üçün yaxşı şansdır.

Qeyd edilib ki, bu, mahnı festivalı olduğundan qalib elan olunmayacaq və hər iştirakçı festivalın diplomuna layiq görüləcək.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: