FutbolIdman

UEFA Avropa Liqası: Bu gün “Qarabağ” komandası İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq

Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları çərçivəsində “Qarabağ” komandası İngiltərənin “Arsenal” klubunu qəbul edəcək.

Frame.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55 başlayacaq. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

E qrupunun digər oyunu Ukraynada oynanılacaq. “Vorskla” klubu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.

İlk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ”ı (2:0) məğlub etmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal”, “Vorskla” – “Sportinq” oyunlarından əlavə UEFA Avropa Liqasında ikinci tur çərçivəsində 22 oyun keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!