UEFA Avropa Liqası: “Qarabağ” klubu bu gün “Sportinq” komandası ilə qarşılaşacaq

Ağdamın “Qarabağ” komandası bu gün Lissabonda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq.

Frame.az xəbər verir ki, “Joze Alvalade” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüş “CBC Sport” kanalında canlı yayımlanacaq. Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Fransua Leteksiyedir.

Xatırladaq ki, “Qarabağ” klubu E qrupunda “Arsenal” (London, İngiltərə), “Sportinq” (Lissabon, Portuqaliya) və “Vorskla” (Poltava, Ukrayna) komandaları ilə mübarizə aparır.

Qrupun digər görüşündə “Arsenal” və “Vorskla” klubları qarşılaşacaqlar.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: