UEFA avtomobillərinin sığortasını “Atəşgah”-a etibar edib

Atəşgah” Sığorta Şirkəti və UEFA Avropa Liqası arasında sığorta haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən UEFA “Atəşgah” SŞ-ni öz tərəfdaşı olaraq seçib.

Sığorta müqaviləsinə uyğun olaraq Avropa Liqasının final görüşü zamanı tədbirə cəlb olunan avtomobillərin 3-cü şəxslər qarşısında mülki məsuliyyət sığortasını “Atəşgah” SŞ. həyata keçirib. Qeyd edək ki, sığortanın ümumi dəyəri 90 000 000 avro təşkil edir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: