UEFA Çempionlar Liqası qrup mərhələsi 1-ci tur

E Qrupu: Liverpul – Sevilya 2:2 Maribor – Spartak Moskva 1:1 “Liverpul” komandası doğma meydanda “Sevilya” komandasına qalib gələ bilməyib. Mersisaydlılar Firmino və Salah’ın vurduğu qollarla ilk hissəni öndə qapasa da oyunun sonlarında Korrea’nın qoluna əngəl ola bilməyincə heç-heçəyə razılaşmalı olub. “Maribor” öz meydanında son Rusiya çempionu “Spartak Moskva” komandası ilə heç-heçə edib 1:1.

F Qrupu: Feyenord – Mançester Siti 0:4 Şaxtyor – Napoli 2:1 Feyenord – Mançester Siti matçında qonaqlar çətinlik çəkmədən qələbə qazanıb 0:4. Qeyd edək ki bu oyunda qollardan birinin müəllifi olan Serxio Aquero ümumilikdə UEFA-nın klub turnirlərində 50-ci qoluna imza atıb. Şaxtyor’a səfər edən “Napoli” gözlənilmədən məğlub olub. Görüş 2:1 hesabı ilə Ukraynalıların qələbəsi ilə başa çatıb.

G Qrupu: Leipziq – Monako 1:1 Portu – Beşiktaş 1:3 42429 tamaşaçının tribunadan canlı izlədiyi Portu – Beşiktaş matçında qonaqlar sevinən tərəf olub. Hesab görüşün 13-cü dəqiqəsində açılıb. Kuarejma’nın sağ cinahdan etdiyi asmanı Taliska başla Kasilyas’ın qoruduğu qapıdan keçirib 0:1. Buraxılan qoldan sonra irəli atılan meydan sahibləri 21-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Künc zərbəsindən ötürülən topu uzaqlaşdırmaq istəyən Toşiç öz qapısına göndərib 1:1. 28-ci dəqiqədə Cenk Tosun uzaq məsafədən fərqlənərək komandasını yenidən hesabda önə keçirib 1:2. Oyunun sonlarına yaxın Babel üçüncü topu “Portu” komandasınının qapısından keçirərək hesabı 1:3 edib. Bu qələbə sayəsində “Beşiktaş” ilk turdan sonra liderliyə yüksəlib. “Leipziq” son Fransa çempionu “Monako” ilə bərabərə qalıb 1:1.

H Qrupu: Real Madrid – Apoel 3:0 Tottenhem – Borussia Dortmund 3:1 H qrupunda keçirilən hər iki qarşılaşmada meydan sahibləri qələbəni bayram ediblər. Turnirin son qalibi “Real Madrid” Santyaqo Bernabeu’da “Apoel” komandasının qapısından 3 cavabsız top keçirib. Vurulan üç qoldan ikisinin müəllifi olan Kriştiano Ronaldo Çempionlar Liqasında 107-ci qoluna imza atıb. Tottenhem – Borussia Dortmund matçında İngilislər 3:1 hesabı ilə qələbə qazanıb.

PƏRVİN BAYRAMOV

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: