UEFA Qualification

A Qrupu: Belarus-Fransa 0:0 Bolqarıstan-Lüksemburq 4:3 İsveç-Hollandiya 1:1

B Qrupu: Andorra-Latviya 0:1 Farer Adaları-Macarıstan 0:0 İsveçrə-Portuqaliya 2:0

C Qrupu: San Marino-Azərbaycan Norveç-Almaniya 0:3 Çexiya-Ş.İrlandiya 0:0

D Qrupu: Gürcüstan-Avstriya 1:2 Serbiya-İrlandiya 2:2 Uels-Moldova 4:0

E Qrupu: Danimarka-Ermənistan 1:0 Rumıniya-Çernoqoriya 1:1 Qazaxıstan-Polşa 2:2

F Qrupu: Litva-Sloveniya 2:2 Slovakiya-İngiltərə 0:1 Malta-Şotlandiya 1:5

G Qrupu: İspaniya-Lixtenşteyn 8:0 Albaniya-Makedoniya 2:1 İsrael-İtaliya 1:3

H Qrupu: Cəbəllütariq-Yunanıstan 1:4 Kipr-Belçika 0:3 Bosniya və Hersoqovina-Estoniya 5:0

İ Qrupu: Finlandiya-Kosova 1:1 Xorvatiya-Türkiyə 1:1 Ukrayna-İslandiya 1:1

Təhlil: Euro 2016-nın təçkilatçısı Fransa millisi səfərdə Belarus millisi ilə matçda üstün tərəf olsada hesabı aça bilməyərk meydanı 1 xalla tərk etməli oldu. A qrupunun digər maraqlı oyunu Stokholm şəhərində İsveç və Hollandiya millisi arasında keçirildi. Hesabı 43-cü dəqiqədə aşırma zərbə ilə Berg açdı. Lakin ikinci hissədə toparlanan Hollandlar Sneyder’lə hesabı bərabərləşdirdilər. Qrupun digər oyununda Bolqarıstan millisi son dəqiqələrdə vurduqları qol sayəsində Lüksemburg millisini 4:3 hesabı ilə məğlub etdilər.

B qrupunda son Avropa Çempionu Portuqaliya millisi səfərdə İsveçrə millisinə 2:0 hesabı ilə məğlub oldu. Millimiz səfərdə San Marino millisini Ruslan Qurbanov’un ilk yarının son dəqiqəsində vurduğu qolla 1:0 hesabı ilə məğlub etməyi bacardı. Qrupun favoriti Almaniya millisi isə Norveç milli komandasını səfərdə 3:0 hesabı ilə məğlub etdi.

D Qrupuna Uels millisi Moldova’nı 4:0 hesabı ilə darmadağın etdi.

F qrupunun ən qollu qarşılaşması Qazaxıstan’da qeydə alındı. Polşa millisi hesabda 2:0 öndə olmasına baxmayaraq Kiriçenko’nun dubluna mane ola bilmədi və qələbəni əldən verdi.

F qrupunun ən gərgin matşı Slovakiya-İngiltərə milliləri arasında keçirildi. Lallana’nın matçın əlavə olunmuş dəqiqələrdə vurduğu qol İngilislərə 3 xalı gətirdi.

G qrupunda İspaniya millisi gözlənildiyi kimi Lixtenşteyn üzərində rahat qələbə qazandı 8:0. Qrupun digər favoriti İtaliya yığma komandası 10 nəfərlə qalmasına baxmayaraq İsrael’i 3:1 hesabı ilə məğlub etdi.

H qrupuna Belçika millisi səfərdə Kipr’i Bosniya millisi isə öz meydanında Estoniya yığmasını çətinlik çəkmədən məğlub etməyi bacardı.

İ qrupunun hər 3 oyunu eyni hesabla başa çatdı.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: