Oxu zalıTəqdimat

“Uğurun Xəritəsi” Kitabının təqdimatı

9 avqust 2016 tarixində “Uğurun Xəritəsi” adlı ilk kitabımın təqdimatı baş tutdu.

Kitab haqda daha öncədən də kifayət qədər məlumat verdiyim üçün  bu yazıda qısa olaraq söyləyə bilərəm ki, tədbir uğurla həyata keçdi. Tədbirdə əməyi keçən hər bir kəsə dərin minnətdarlığımı bildirirəm. Bu tədbir üçün siz əməyi keçənlərin dəstəyiniz olmasaydı, tədbir bu qədər uğurlu olmazdı. 2 hissədən ibarət olan 3 saatlıq tədbiri fasiləsiz şəkildə işıqlandırdığı üçün Nihad Qulamzadə-yə təşəkkür edir və çəkdiyi şəkillərlə sizi baş-başa buraxıram.

Qeyd: Kitab artıq satışdadır. Kitabı “Kibrit book kafe”dən (Xəqani ticarət mərkəzi yaxınlığında, fövqaladə hallar nazirliyinin dövlət su ehtiyatları agentliyi ilə üz-üzə, Rəsul Rza və Tolstoy küçələrinin kəsişməsi) əldə edə bilərsiniz. Digər satış məntəqələri yaxın günlərdə elan ediləcək.

Murad Məmmədov.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!