Oxu zalıTəqdimatƏn Son

“Uğurun Xəritəsi”

Uşaqlığımda gəzə bilmədiyim üçün məktəbə gedə bilmədim. Altı yaşımdan sonra atam vəfat etdi, anam işləməyə başladı və mən nənəmin yanına köçüb orada yaşamağa başladım. Bu səbəbdən yanıma müəllimənin gəlməsi də mümkün olmadı. Mən sadəcə xalam oğlunun birinci və ikinci sinifin yarısına qədər olan dərslikləri ilə xalamın sayəsində yazıb-oxumağı öyrəndim. Sadəcə birinci və ikinci sinifin yarısına qədər, bundan sonra isə hər şeyi həyat məktəbindən və özümü inkişaf etdirmək üçün istifadə etdiyim vasitələrdən əldə edirdim. Çox sayda insan tanıyıram ki, çalışmaq və fəaliyyət göstərmək istədikləri sahədə təhsil ala bilmədikləri üçün öz üzərlərində çalışmaqdan, özlərini inkişaf etdirməkdən vaz keçirlər. Ya oturub nə zamansa bu sahədə təhsil ala biləcəkləri günü gözləyirlər, ya da bir möcüzənin baş verəcəyini. Bu yanlışdır! Heç bir möcüzə baş verməyəcək, çünkü möcüzə siz özünüzsünüz. Sizin həyatınızda baş verə biləcək ən böyük möcüzə artıq baş verib. Siz dünyaya gəlmisiniz və sizə şüur verilib. Bu möcüzə kifaət edir ki, ömrünüzün qalan hissəsini qarşılaşdığınız və qarşılaşacağınız maneələrdən asılı olmayaraq həyatınızı istədiyiniz kimi qurasınız.

– “Uğurun Xəritəsi” Kitabından sitat.
Kitabın təqdimatı və imzalı satış mərasimi 9 avqust saat 16:30 da park inn otelində (park bulvar ilə üz-üzə).

Giriş sərbəstdir.

Frame.az

13876597_1069579956413208_2366647681136863850_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!